Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Dmitri Medvedevə

08 sentyabr 2011, 13:30

Hörmətli Dmitri Anatolyeviç,

Yaroslavl yaxınlığında çoxsaylı insan tələfatı ilə nəticələnmiş təyyarə qəzası haqqında xəbər məni dərindən sarsıtmışdır.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 sentyabr 2011-ci il.