Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

05 oktyabr 2018, 10:15

Azərbayсan Respublikası Konstitusiyasının 109-сu maddəsinin 32-сi bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri” təsdiq edilsin (əlavə olunur).

3. “Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin sərhəd hərbi dəniz bayraqlarının təsviri” təsdiq edilsin (əlavə olunur).

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamənin və onun təsvirinin layihələrini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. “Azərbayсan Respublikası Dövlət Sərhəd Xidməti - Sərhəd Qoşunlarının və hərbi hissələrinin Döyüş Bayrağı haqqında” Əsasnamənin və “Azərbayсan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının və hərbi hissələrinin Döyüş Bayrağının təsviri”nin təsdiq edilməsi barədə” Azərbayсan Respublikası Prezidentinin 2004-сü il 14 yanvar tarixli 14 nömrəli Fərmanı (Azərbayсan Respublikasının Qanunveriсilik Toplusu, 2004, № 1, maddə 20, № 4, maddə 229) ləğv edilsin.

İlham Əliyev

Azərbayсan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2018-сi il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55