Əlahəzrət,
Malayziyanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan ilə Malayziya arasındakı münasibətlərin hərtərəfli inkişafı, dostluq və əməkdaşlıq əlaqələrimizin genişləndirilməsi yolunda bundan sonra da qarşılıqlı səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malayziya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 8 avqust 2011-ci il.