İlham Əliyev Siyəzən Uşaq İncəsənət Məktəbinin açılışında iştirak etmişdir

15 avqust 2011, 12:50
İlham Əliyev Siyəzən Uşaq İncəsənət Məktəbinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Siyəzən Uşaq İncəsənət Məktəbinin yeni inşa olunmuş inzibati binasının açılışında iştirak etmişdir.

Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, son bir neçə ildə Siyəzəndə çoxlu sosial təyinatlı infrastruktur obyektləri tikilib istifadəyə verilmişdir. Həmin binalar şəhərin simasına yaraşıq verməklə yanaşı, əhalinin rahatlığına da xidmət edir. Siyəzən Uşaq İncəsənət Məktəbinin yeni binası da bu sırada xüsusi yer tutur. 1990-cı ildə siyəzənli uşaqların istifadəsinə verilən məktəb incəsənətin müxtəlif növləri üzrə beynəlxalq müsabiqələrin bir çox qalib və mükafatçılarını yetişdirmişdir. Əvvəllər başqa ünvanda yerləşən və baxımsız vəziyyətdə olan incəsənət ocağı indi yeni məkana köçmüşdür.

Məktəbin foyesindəki stendlərdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini əks etdirən fotolar nümayiş olunur. Burada, həmçinin ölkəmizin müxtəlif bölgələrində istifadəyə verilən yeni uşaq gənclər mərkəzlərinin açılışlarından fotoşəkillər də yer almışdır.

Dövlət başçısına məlumat verildi ki, tikinti zamanı məktəbin həyəti abadlaşdırılmış, 4,8 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınmışdır. Ən müasir tələblər səviyyəsində tikilmiş məktəbin dəhlizlərində Azərbaycanın və xarici ölkələrin tanınmış musiqiçilərinin və bəstəkarlarının portretləri asılmışdır. Binada nəzəriyyə, xalq çalğı alətləri və fortepiano şöbələri fəaliyyət göstərir. Bundan başqa, 18 sinif otağı, festivalların, müsabiqələrin və konsertlərin keçirilməsi üçün zal və yeməkxana da vardır. Məktəbdə muğam, tar, kamança, fortepiano, qarmon, nağara, klarnet, xor, təsviri incəsənət və rəssamlıq bölmələri fəaliyyət göstərir.

Prezident İlham Əliyev məktəbin xor kollektivinin ifasını dinlədi. Bildirildi ki, 52 müəllimin işlədiyi məktəbdə Siyəzən şəhərindən və ətraf kəndlərindən 247 uşaq müxtəlif bölmələrdə təhsil alır. Son illərdə məktəbin yetirmələri Rusiya, Belarus, Çexiya və digər ölkələrdə keçirilən beynəlxalq musiqi festivalları və rəsm müsabiqələrinin laureatları olmuş və fəxri fərmanlara layiq görülmüşlər.

Dövlət başçısı məktəbin müəllimlərinə və şagirdlərə uğurlar arzuladı.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 19 may 2025
14:17
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

19 may 2025, 14:17
SƏNƏDLƏR Fərmanlar 17 may 2025
12:42
Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

17 may 2025, 12:42