Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Svinqdən

26 aprel 2018, 14:25

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Beynəlxalq Miqrasiya Təşkilatı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik etməyi özümə şərəf bilir və bundan məmnunluq duyuram.

Miqrasiya XXI əsrin qlobal gündəliyində əsas məsələlərdən biri kimi yer alıb və ölkənizdə bu məsələyə xüsusi diqqət yetirilir. Beynəlxalq Miqrasiya Təşkilatı 1996-cı ildən etibarən Azərbaycan Respublikasında fəaliyyət göstərir və miqrasiya ilə bağlı məsələlərin həllində hökumətinizə yardım edir.

Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən miqrasiyanın fərdlər, icmalar və ümumiyyətlə cəmiyyət üçün yaratdığı imkanların daha yaxşı tənzimlənməsi istiqamətində hökumətinizlə Bakıda, Cenevrədə və digər yerlərdə müzakirələri davam etdirmək niyyətindəyik.

Səmimi qəlbdən inanıram ki, Azərbaycan Respublikası ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq möhkəmlənməkdə və dərinləşməkdə davam edəcək və ölkənizin gələcək inkişafına öz töhfəsini verəcəkdir.

Zati-aliləri, prezidentliyinizin yeni dönəmində Sizə böyük uğurlar diləyir və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Uilyam Leysi Svinq

Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55