İlham Əliyev Bakının şəhərətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Xəzər rayonunda görülən işlərlə tanış olmuşdur

07 iyul 2011, 19:00
İlham Əliyev Bakının şəhərətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Xəzər rayonunda görülən işlərlə tanış olmuşdur

Prezident İlham Əliyevin sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirə keçirilmişdi. Həmin müşavirədə dövlətimizin başçısı şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar vermişdi. Bu tapşırıqların icrası ilə yerində tanış olmaq üçün Prezident İlham Əliyev iyulun 7-də Xəzər rayonunun Buzovna qəsəbəsinə gəlmişdir.

Dövlət başçısının diqqətinə çatdırıldı ki, şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr edilmiş müşavirədə Azərbaycan Prezidentinin verdiyi tapşırıqlara əsasən paytaxtın digər kənd və qəsəbələrində olduğu kimi, Xəzər rayonunun Buzovna qəsəbəsində də genişmiqyaslı quruculuq işləri aparılır, yollar abadlaşdırılır, qəsəbənin sosial infrastrukturu yenilənir.

Prezident İlham Əliyev əvvəlcə magistral yolun kənarında yerləşən çoxmərtəbəli yaşayış binalarında görülmüş üzlənmə işlərinə baxdı.

Bildirildi ki, zövqlə və müasir materiallarla üzlənən binalar tamamilə müasir görkəm alır və qəsəbənin ümumi mənzərəsinə yeni çalarlar əlavə edir. Xüsusi işıqlandırma sistemi binaları gecələr daha yaraşıqlı edir. Üzlənmə ilə yanaşı, binaların blokları da yenidən qurulur, liftlər yeniləri ilə əvəzlənir.

Prezident İlham Əliyev abadlıq və yenidənqurma işləri zamanı sakinlərin istirahəti üçün yaradılan şəraitlə də tanış oldu.

Diqqətə çatdırıldı ki, binaların həyətlərindəki köhnə istirahət yerləri müasirləşdirilir, bəzi məhəllələrdə yeniləri yaradılır. Bu zaman istirahətin rəngarəngliyi də nəzərə alınır. Belə ki, yeni quraşdırılan maraqlı uşaq əyləncə qurğuları, idman meydançaları balaca sakinlərin ürəyincədir. Böyüklər isə asudə vaxtlarında yeni yaradılan qurğularda idmanın müxtəlif növləri ilə məşğul ola bilirlər. Binaların həyətlərində yeni oturacaqlar quraşdırılmışdır. Buzovna qəsəbəsində daha bir yenilik ondan ibarətdir ki, magistral yolla yaşayış binaları arasında gözəl istirahət parkı salınmışdır.

Prezident İlham Əliyev burada yaradılmış şəraitlə də tanış oldu.

Bildirildi ki, parkda tamamilə yeni işıqlandırma sistemi yaradılmış, oturacaqlar quraşdırılmışdır.

Qəsəbədə aparılan abadlıq və yenidənqurma işləri ilə tanışlıqdan sonra dövlətimizin başçısı sakinlərlə görüşdü.

SAKİNLƏR: Salam, cənab Prezident, xoş gəlmisiniz!

Prezident İlham ƏLİYEV: Salam, xoş gördük. Sağ olun.

SAKİNLƏR: Sizə çox minnətdarıq, cənab Prezident, bizim üçün gözəl şərait yaratmısınız.

Prezident İlham ƏLİYEV: Necəsiniz, işlər necə gedir?

SAKİNLƏR: Çox sağ olun, minnətdarıq. Çox razıyıq.

Prezident İlham ƏLİYEV: Bu binalar çox gözəlləşib. Həm xarici gözəldir, həm də bütün girişlər, dam örtükləri, liftlər təzələnib. Park isə abadlaşdırılıb. Uşaqlar üçün idman meydançası yaradılıb.

SAKİNLƏR: Bəli, çox gözəl parkdır. Allah Sizə cansağlığı versin. Hər cür şərait yaradılıb.

Prezident İlham ƏLİYEV: Uzun illərdir ki, burada yaşayırsınız? Neçə ildir?

SAKİNLƏR: Bəli, bu binalar istifadəyə veriləndən, 30-35 ildir burada yaşayırıq. Görülən bərpa işləri Sizin bizə yeni hədiyyənizdir. Allah Sizdən razı olsun. Burada həm böyüklər, həm də uşaqlar üçün çox gözəl şərait yaradılıb. Ona görə də bütün sakinlər adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Prezident İlham ƏLİYEV: Sağ olun. Sizə də cansağlığı arzulayıram ki, burada rahat yaşayasınız. Bütün şərait vardır. Bu binalar artıq memarlıq əsəri olubdur.

SAKİNLƏR: Bəli, hər cür şərait vardır. Buralar toz-torpaq içində idi. İndi gözəl asfalt çəkilib, gözəl park salınıb.

Prezident İlham ƏLİYEV: Balkonlar da çox gözəldir. İndi yaşayış sahəsi də artıb. Mən çox şadam ki, sizin üçün belə gözəl şərait yaradılıb.

SAKİNLƏR: Ümumiyyətlə, qəsəbəmizdə çox dəyişikliklər olub, çox işlər görülüb.

Prezident İlham ƏLİYEV: Bütün bu evlər təmir olunub. İndi o tərəfdəki evlər də təmir edilir. Hər tərəf - şəhərin mərkəzi də, kənarı da gözəl, abad olmalıdır. Bilirsiniz ki, indi bütün qəsəbələrdə quruculuq işləri aparılır, yollar salınır, yeni məktəblər, xəstəxanalar tikilir, binalar təmir olunur. Bu binalar indi gözəllik nümunəsidir.

SAKİNLƏR: Həm təmizlik yaranıb, həm də binalarımız gözəlləşib. Bütün bunlar üçün bir daha Sizə “Sağ olun” deyirik.

Prezident İlham ƏLİYEV: Sağ olun, sizə cansağlığı arzulayıram.

SAKİNLƏR: Sağ olun, Allah Sizi qorusun.

X X X

Sonra dövlət başçısı ərazidəki daha bir binanın da təmir olunması barədə tapşırıq verdi.

Həmin binanın sakinləri balkonlardan Prezident İlham Əliyevi salamladılar.

Dövlət başçısı da onları salamladı və dedi:

-Sizin bina da təmir ediləcəkdir. İndi göstəriş vermişəm. O da bu binalar kimi gözəl olmalıdır.

SAKİN: Çox sağ olun, çox minnətdarıq. Allah Sizə cansağlığı versin.

Prezident İlham ƏLİYEV: Sağ olun.

X X X

Dövlət başçısı görülmüş işlərdən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42