İlham Əliyev İslam İnkişaf Bankı qrupunun 35-ci illik toplantısında iştirak etmişdir

23 iyun 2010, 11:10
İlham Əliyev İslam İnkişaf Bankı qrupunun 35-ci illik toplantısında iştirak etmişdir

Bakıda, “Gülüstan” sarayında İslam İnkişaf Bankı qrupunun 35-ci illik toplantısının açılış mərasimi olmuşdur. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.

Əvvəlcə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunmuşdur.

Azərbaycanın iqtisadi inkişaf naziri, İslam İnkişaf Bankının Müdirlər Şurasına sədrlik edən Şahin Mustafayev mərasimi açaraq, Prezident İlham Əliyevi və digər qonaqları salamlamışdır.

İslam İnkişaf Bankının (İİB) prezidenti Əhməd Məhəmməd Əli qonaqpərvərliyə və dəstəyə görə Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqına minnətdarlıq etmişdir.

İclasda bankın Afrika, ərəb və Asiya qrupları adından çıxışlar olmuşdur.

Prezident İlham Əliyev mərasimdə çıxış etmişdir.

Açılış mərasiminin sonunda rəsmi fotoşəkil çəkdirilmişdir.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo