Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1566 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

19 dekabr 2017, 20:03

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 867-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1566 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1376) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2.1-ci və 2.2.4-cü yarımbəndlərdə “daşıyıcılarının” sözü “qurğularının” sözü ilə əvəz edilsin.

2. 2.2.9-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.2.9. bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı reklam yayıcısının Agentliyə etdiyi müraciət əsasında müvafiq bələdiyyə ilə həmin əmlakdan istifadəyə dair müqavilə bağlayır;”.

3. 2.2.10-cu yarımbənddə “və cinayət əlamətləri olduqda” sözləri “əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə” sözləri ilə əvəz edilsin.

4. Aşağıdakı məzmunda 2.3.2-1-ci yarımbənd əlavə edilsin:

“2.3.2-1. açıq məkanda reklam yayımına görə haqq tutmaq;”.

5. Aşağıdakı məzmunda 3.6.3-1-ci yarımbənd əlavə edilsin:

“3.6.3-1. Agentliyin kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;”.

6. Aşağıdakı məzmunda 4.4-1-ci bənd əlavə edilsin:

“4.4-1. Agentlik açıq məkanda reklam yayımına görə müvafiq məbləğdə haqq tutur.”.

7. 4.5-ci bəndə “qiymətləri” sözündən sonra “(açıq məkanda reklam yayımına görə haqqın məbləği istisna olmaqla)” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2017-ci il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55