Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb

02 noyabr 2017, 15:40
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 2-də Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Pyer Alen Rafanı Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı. Milli Məclisin deputatı olduğu zaman Azərbaycan-Fransa dostluq qrupuna rəhbərlik etdiyini deyən Mehriban Əliyeva qrupun fəaliyyətinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə təkan verdiyini bildirdi. “İnanıram ki, gələcək fəaliyyət nəticəsində əlaqələrimizdə olan potensialdan daha yaxşı istifadə ediləcək”, – deyən Azərbaycanın Birinci vitse-prezidenti qeyd etdi ki, bu, əlaqələrimizin daha da möhkəmlənməsinə səbəb olacaq.

Bu il Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini vurğulayan Mehriban Əliyeva ötən illər ərzində ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırdı. Birinci vitse-prezident bildirdi ki, Azərbaycan Fransa ilə münasibətlərdə bütün sahələrə önəm verir. Mehriban Əliyeva ölkələrimizin prioritetləri sırasında humanitar sahəni xüsusi vurğulayaraq son illər bu sahədə böyük uğurların əldə edildiyini bildirdi. Təhsil sahəsindəki əməkdaşlığa toxunan Azərbaycanın Birinci vitse-prezidenti bu istiqamətdə ölkələrimiz arasında reallaşdırılan iri layihələrdən danışdı. Qeyd etdi ki, ölkəmizdə Fransız liseyi, Fransız-Azərbaycan Universiteti fəaliyyət göstərir və bu, həm Azərbaycanın təhsil sisteminin, həm də ikitərəfli əlaqələrin inkişafına xidmət edir.

Son illər Fransanın və Azərbaycanın müxtəlif şəhərləri arasında yaxşı əməkdaşlığın qurulduğunu, şəhərlərin qardaşlaşması haqqında sazişlərin imzalandığını xatırladan Mehriban Əliyeva bu istiqamətdə ilk addımların mədəniyyət sahəsində atıldığını, həyata keçirilən layihələrin Fransanın regionlarında ölkəmizi tanıtmaq məqsədi daşıdığını bildirdi. Azərbaycanın Birinci vitse-prezidenti bu sahədə atılan addımların iqtisadi əlaqələrə də müsbət təsir göstərdiyini yaxşı hal kimi dəyərləndirdi. Mehriban Əliyeva bir çox sahələrdə uğurlu əməkdaşlığın qurulduğunu qeyd etdi və eyni zamanda, potensialın da böyük olduğunu vurğuladı. Ümidvar olduğunu bildirdi ki, bu potensialdan istifadə edilərək ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətləri daha da möhkəmlənəcək. Pyer Alen Rafanın ölkəmizə ilk səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirən Mehriban Əliyeva ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzuladı.

Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan bu vəzifədə fəaliyyəti dövründə ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün səylə çalışacağını bildirdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 21 sentyabr 2026
16:25
15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasında keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and...

21 sentyabr 2026, 16:25
SƏNƏDLƏR Sərəncamlar 19 sentyabr 2026
14:01
Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                    

Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə...

19 sentyabr 2026, 14:01
SƏNƏDLƏR Sərəncamlar 19 sentyabr 2026
14:00
İ.C.Cavadovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                   

Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İsgəndər Cavad oğlu Cavadov “Azərbay...

19 sentyabr 2026, 14:00
SƏNƏDLƏR Sərəncamlar 17 sentyabr 2026
16:00
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                       

Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Famil Front oğlu Mustafa...

17 sentyabr 2026, 16:00