“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 186 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 avqust 2017, 18:10

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanına və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 186 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 20; 2014, № 4, maddə 366) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədə “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti (kəşfiyyat fəaliyyətinin subyekti), Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (əks-kəşfiyyat fəaliyyətinin subyekti)” sözləri ilə əvəz edilsin.

2. 2.1-ci bənddə “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Xarici Kəşfiyyat Xidməti” sözləri ilə əvəz edilsin.

3. 2.2-ci bənddən “, 7.2.8-ci” sözləri çıxarılsın və həmin bənddə “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Xarici Kəşfiyyat Xidməti” sözləri ilə əvəz edilsin.

4. 2.3 - 2.9-cu, 2.12-ci və 2.13-cü bəndlərdə “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.

5. Aşağıdakı məzmunda 2.8-1-ci bənd əlavə edilsin:

“2.8-1. həmin qanunun 7.2.8-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir;”.

6. 2.10-cu və 2.11-ci bəndlərdə “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.

7. 3-cü hissədə “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.

8. 3.1-ci bənddə “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Xarici Kəşfiyyat Xidməti” sözləri ilə əvəz edilsin.

9. 3.2-ci bənddə “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 avqust 2017-ci il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55