Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğandan

07 iyun 2011, 21:20

Hörmətli Prezident, dəyərli qardaşım.

Möhtərəm iştirakçılar.

Beynəlxalq Xəzər neft, qaz sərgisi və konfransının başlanğıcından bəri Azərbaycanın, həmçinin Orta Asiya bölgəsinin neft və qaz sənayesi məhsulları və xidmətlərinin təqdimatı, sektor təmsilçilərinin bir araya gəlmələri baxımından nə qədər uğurlu olduğunu bilir, bugünkü sərgi və konfransın eyni səviyyədə bütün iştirakçılar üçün səmərəli olacağına inanıram.

Neft və qaz sektoru dünya iqtisadiyyatı üçün böyük əhəmiyyətə malikdir. Enerji təchizatı və daşınmasının enerji qaynaqlarının növü və marşrutu baxımından nəzərdən keçirilməsi enerji təhlükəsizliyini inkişaf etdirməkdədir. Enerji nəqli bazasının inkişaf etdirilməsi isə bölgələrarası neft və qaz ticarətinin daha da artmasını şərtləndirir. Strateji karbohidrogen bölgəsi olan Xəzər regionunda Azərbaycan, Qazaxıstan və Türkmənistanda Avropa bazarına istiqamətlənə biləcək önəmli miqdarda qaz vardır. Xəzər bölgəsi qlobal enerji təhlükəsizliyinin təmin edilməsi baxımından önəmli tədarükçü mövqeyində olacaqdır.

Türkiyə istehsalçı ölkələri Qərbdəki əsas istehlakçılara bağlamaqda mühüm coğrafi mövqeyə sahibdir və ticarət, tranzit fürsətləri təqdim edən bir enerji dəhlizi və mərkəzi olaraq müsbət potensiala malikdir. Bu mənada ikitərəfli, regional və beynəlxalq əlaqələrimiz Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri kimi mühüm layihələrin həyata keçirilməsini təmin etmişdir. Hazırda Xəzər qazının Avropaya nəqli istiqamətində inşası davam etdirilən boru kəməri layihələri də gələcəkdə qlobal enerji təhlükəsizliyi ilə yanaşı, regional sülh və sabitliyə mühüm töhfə verəcəkdir. Bu çərçivədə hökumətlərarası müqaviləyə əsasən 2009-cu ilin iyulunda Ankarada imzalanan “Nabukko” boru kəməri layihəsi ilə əlaqədar 2011-ci il iyunun 8-də Türkiyənin Kayseri vilayətində “Nabukko” layihəsinə dəstək anlaşmasını imzalamağı nəzərdə tuturuq.

Qardaş ölkə Azərbaycanın nüfuzlu bir tərəfdaş olaraq son illərdə bütün sahələrdə nail olduğu inkişaf istər ikitərəfli, istər regional, istərsə də beynəlxalq layihələrin həyata keçirilməsinə konkret təminat verməkdədir.

Builki sərgi və konfransın da uğurlu keçməsini səmimiyyətlə arzulayıram.

Hörmətlə,

Rəcəb Tayyib Ərdoğan
Türkiyə Respublikasının Baş naziri 

SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:30
“Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekab...

16 noyabr 2026, 13:30
SƏNƏDLƏR Sərəncamlar 16 noyabr 2026
13:28
2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə ...

16 noyabr 2026, 13:28
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:25
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində idarəetmə və n...

16 noyabr 2026, 13:25
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:21
“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nömrəli Qanununun tətbiqi və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nöm...

16 noyabr 2026, 13:21
SƏNƏDLƏR Qanunlar 16 noyabr 2026
13:20
“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:

“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Top...

16 noyabr 2026, 13:20
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
12:09
“Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı...

16 noyabr 2026, 12:09
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
12:06
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD n...

16 noyabr 2026, 12:06
SƏNƏDLƏR Qanunlar 16 noyabr 2026
12:05
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunv...

16 noyabr 2026, 12:05