İlham Əliyev FİFA-nın prezidenti Yozef Blatteri və UEFA prezidenti Mişel Platinini qəbul etmişdir

05 iyun 2011, 20:00
İlham Əliyev FİFA-nın prezidenti Yozef Blatteri və UEFA prezidenti Mişel Platinini qəbul etmişdir

Prezident İlham Əliyev FİFA-nın prezidenti Yozef Blatteri və UEFA prezidenti Mişel Platinini qəbul etmişdir.

Dövlət başçısı Yozef Blatteri növbəti dəfə FİFA-nın prezidenti seçilməsi münasibətilə təbrik etdi və bu yüksək posta seçildikdən sonra ilk səfərini Azərbaycana etməsinin önəmini qeyd etdi. Prezident İlham Əliyev Yozef Blatteri dünya futbol ictimaiyyətinin böyük dəstəyi ilə FİFA-nın prezidenti seçilməsinə toxunaraq bunu onun rəhbərliyi ilə FİFA-nın səmərəli fəaliyyətinin nəticəsi kimi qiymətləndirdi. Dövlətimizin başçısı Yozef Blatter ilə Bakıda və Sürixdə keçirdiyi görüşləri xatırladı. Azərbaycan futbolunun 100 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər etdiyinə görə Yozef Blatterə təşəkkürünü bildirən Prezident İlham Əliyev onun səfərinin maraqlı və uğurlu olacağına əminliyini bildirdi.

FİFA-nın prezidenti Yozef Blatter ölkəmizə yenidən səfər etməsindən və Azərbaycan Prezidenti ilə görüşündən məmnunluğunu ifadə etdi. O, Azərbaycan futbolunun 100 illiyi münasibəti ilə keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizə dəvət olunduğuna görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Yozef Blatter və Mişel Platini Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdilər. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11