Maldiv Respublikasının Prezidenti Məhəmməd Naşiddən

04 iyun 2011, 17:10

Zati-aliləri,

Maldiv hökuməti və xalqı adından, habelə öz adımdan əlamətdar hadisə - Respublika Günü münasibətilə Zati-alinizə, Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimi və xoş arzularımı bildirmək istərdim.

Eyni zamanda, icazə verin, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı inkişaf və rifah arzu edim.

Məhəmməd Naşid
Maldiv Respublikasının Prezidenti