22:30
Mayın 8-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı dövlətimizin başçısının Birləşmiş Ərəb...
08 may 2025, 22:30Prezident İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva mayın 2-də Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabeni və Beynəlxalq Gimnastika Federasiyasının baş katibi Andre Qaysbuxleri qəbul ediblər.
Dövlət başçısı Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının çox uğurla keçirildiyini vurğuladı və qeyd etdi ki, bundan əvvəl də Azərbaycanda gimnastika üzrə dünya və Avropa çempionatları və digər mötəbər tədbirlər yüksək səviyyədə təşkil olunub.
Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının uğurla keçirilməsi və ümumilikdə idmanın gimnastika növünə verilən dəstəyə görə Prezident İlham Əliyevə və birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Eyni zamanda, Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe 2015-ci ildə birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması ilə bağlı təbriklərini çatdırdı. Morinari Vatanabe 2020-ci ildə Tokio Olimpiya Oyunlarında Azərbaycan gimnastlarının uğur qazanacağına ümidvar olduğunu bildirdi.
Dövlətimizin başçısı bu mühüm idman tədbirinin Tokioda keçirilməsi ilə bağlı təbriklərini ifadə etdi. Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafına böyük diqqət göstərildiyini və gənc nəslin idmana olan həvəsinin gündən-günə artdığını vurğuladı.
Beynəlxalq Gimnastika Federasiyasının baş katibi Andre Qaysbuxler qeyd etdi ki, Azərbaycan idman sahəsində, ümumilikdə ölkənin inkişafında inanılmaz uğurlar qazanıb. O bildirdi ki, son illər Azərbaycandakı böyük inkişaf prosesləri dərin təəssürat yaradır.
Prezident İlham Əliyev paytaxtımızda və digər regionlarda genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyini bildirdi, ən müasir idman strukturunun, o cümlədən gözəl gimnastika idman sarayının inşa edildiyini məmnunluqla vurğuladı.
Qonaqlar Azərbaycanda gimnastika sahəsində görülən işləri dünyada idmanın gimnastika növünün inkişafına böyük töhfə kimi dəyərləndirdilər.
Birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva ölkəmizdə Gimnastika Federasiyasına rəhbərlik etməsindən və xüsusilə bu sahədə əldə olunan uğurlardan qürur hissi keçirdiyini bildirdi və qeyd etdi ki, Azərbaycanda gimnastikanın inkişafının əsası qoyulan vaxt bu idman növü bir o qədər də populyar deyildi. İndi isə gimnastikaya böyük maraq göstərilir, xüsusilə xeyli sayda gənc qızlar bu idman növü ilə məşğul olmaq və yarışlarda iştirak etmək arzusundadırlar. Bu, çox böyük nailiyyətdir və biz bununla fəxr edirik.
Mayın 8-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı dövlətimizin başçısının Birləşmiş Ərəb...
08 may 2025, 22:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının...
08 may 2025, 16:272025-ci ilin avqust ayında Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın (Fikrət Göyüş oğlu Qocayevin) anadan olmasının 90 ili tamam olur.
Fikrət Qoca milli şeir ənənələrindən və dünya bədii fikrinin...
08 may 2025, 16:25Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin...
08 may 2025, 16:23Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...
08 may 2025, 16:21Hörmətli Zirvə Toplantısının iştirakçıları,
Sizi Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının açılışı münasibətilə səmimiyyətlə...
08 may 2025, 15:05Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə...
08 may 2025, 13:02Hörmətli cənab Baş katib, Sizi Azərbaycanda bir daha salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Sizin səfəriniz Vyetnam-Azərbaycan...
07 may 2025, 18:28