Cənubi Afrika Respublikasının Prezidenti Cakob Zumadan

31 may 2011, 15:10

Zati-aliləri,

Azərbaycan Respublikasının 2011-ci il mayın 28-də qeyd etdiyi Milli bayramı – Respublika Günü kimi xoş münasibətlə Zati-alinizə, Azərbaycan Respublikasının Hökumətinə və xalqına ən səmimi salamlarıma və təbriklərimə Cənubi Afrika Respublikasının Hökuməti və xalqı da qoşulur.

Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı arzulayır, ölkələrimiz arasında mövcud olan sıx dostluq əlaqələrini daha da inkişaf etdirmək və möhkəmləndirmək istədiyimizi bir daha bildirirəm.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Cakob Zuma
Cənubi Afrika Respublikasının Prezidenti