Hörmətli İlham Heydər oğlu,
Sizi və bütün Azərbaycan xalqını Milli bayram – Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bu gün dünyada çox yüksək elmi və texnoloji potensiala malik olan azad və demokratik dövlət kimi ilbəil möhkəmlənən Azərbaycanın müstəqillik dönəmində qazandığı hər bir uğura görə biz haqlı olaraq fəxr edirik.
Hörmətli İlham Heydəroğlu, Siz əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş ənənələrin layiqli davamçısı kimi Azərbaycan ilə Dağıstan arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə çox böyük töhfə verirsiniz.
Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq diləyirəm.
Səmimi hörmətlə,
Qurban Qurbanov
Rusiya Federasiyası Dağıstan Respublikasının
Dərbənd Rayon Administrasiyasının başçısı