18:30
Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa və İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldinin rəhbərlik etdikləri, Serbiyanın sabiq Prezidenti Boris Tadiçin, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanovun, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviçin, Rumıniyanın sabiq Prezidenti Emil Konstantineskunun, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdciyanın, Ərəb Liqasının sabiq baş katibi Əmr Musanın və UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannisin daxil olduqları Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan Prezident İlham Əliyev mühüm beynəlxalq tədbir – V Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə gəldiklərinə görə onlara təşəkkürünü bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan artıq beşinci dəfədir bu Foruma ev sahibliyi edəcək. Prezident İlham Əliyev bu mötəbər tədbirin müzakirələr üçün maraqlı gündəliyinin olduğunu dedi. Forum iştirakçıları arasında çox tanınmış şəxslərin olduğunu və həmin şəxslərin sayının ildən-ilə artdığını deyən dövlətimizin başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdi.
Nümayəndə heyətinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü çatdıran Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa qeyd etdi ki, əsası beş il əvvəl qoyulan Bakı Forumu böyük uğurlar qazanıb. Qonaq dedi ki, Azərbaycan dövlətinin başçısının qeyd etdiyi kimi, Bakı Forumuna maraq ildən-ilə artır. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini dəstəklədiyinə görə dövlətimizin başçısına təşəkkürlərini çatdırdı. “Biz Nizami Gəncəvinin və Azərbaycanın dostlarıyıq, işimizi həvəslə görürük”, - deyən Vayra Vike-Freyberqa bundan sonra da səylərini əsirgəməyəcəklərini söylədi. Mərkəzin həmsədri dünyanın müxtəlif ölkələrini təmsil edən nüfuzlu qonaqların burada iştirak etdiklərini və Forumun səmərəli dialoqa hərtərəfli imkan yaradacağını vurğuladı.
Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətinin səyləri və təşəbbüslərini yüksək qiymətləndirdi, onların fəaliyyətinin Qlobal Bakı Forumu kimi geniş beynəlxalq toplantının keçirilməsinə imkan yaratdığını qeyd etdi.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Hörmətli cənab Tramp,
Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz...
06 noyabr 2024, 14:10
Noyabrın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub.
Azərbaycan...
05 noyabr 2024, 22:12
Hörmətli Sammit iştirakçıları!
Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Bu gün dünyamızın...
05 noyabr 2024, 10:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin...
04 noyabr 2024, 13:02Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...
04 noyabr 2024, 13:00