İlham Əliyev Zivər bəy Əhmədbəyov parkının açılışında iştirak etmişdir

26 may 2011, 18:30
İlham Əliyev Zivər bəy Əhmədbəyov parkının açılışında iştirak etmişdir

Metronun “Nizami” stansiyasının qarşısındakı Zivər bəy Əhmədbəyov parkı açılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verdi. Zivər bəy Əhmədbəyov 1918-1920-ci illərdə Bakının ilk azərbaycanlı baş memarı olub və şəhərin inkişafında mühüm rol oynayıb. Zivər bəy Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirib. Azərbaycan Prezidentinin Sərəncamı ilə Zivər bəy Əhmədbəyovun adını daşıyan park salınmış və burada onun abidəsi ucaldılmışdır.

Dövlət başçısı parkda yaradılan şəraitlə yaxından tanış oldu. Bildirildi ki, parkın yerləşdiyi ərazi uzun müddət idi ki, baxımsız vəziyyətdə idi. Burada antisanitariya şəraitində fəaliyyət göstərən yeməkxanalar və köşklər yığışdırıldı, Bakının ilk azərbaycanlı baş memarı olan Zivər bəy Əhmədbəyovun adını daşıyan park yaradıldı. Parkın ərazisində çoxlu sayda müxtəlif ağac və gül kolları əkildi, yaşıllıq zolaqları salındı. Parkda müasir tələblərə cavab verən işıqlandırma sistemi qurulub.

Parkın girəcəyində altı kafkanlı və Zivər bəy Əhmədbəyovun abidəsinin arxasında avtomatlaşdırılmış qurğu ilə idarə olunan müasir üslubda fəvvarələr kompleksi quraşdırılıb. Burada paytaxt sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb. Parkın sağ və sol hissəsindəki küçələrə və qarşısından keçən Cəfər Cabbarlı küçəsinə təzə asfalt döşənib, qranit daşlardan yeni səkilər düzəldilib.

Parkla üzbəüz bina Zivər bəy Əhmədbəyovun layihəsi əsasında inşa edilib. Bildirildi ki, parkın ətrafında olan binaların tarixi memarlıq üslubu saxlanılmaqla fasadları təmir ediləcəkdir.

Görülən işlərlə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 24 iyul 2026
13:48
R.F.Aslanovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin...

24 iyul 2026, 13:48
SƏNƏDLƏR Sərəncamlar 24 iyul 2026
13:46
R.F.Aslanovun Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında, San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında, San Marino...

24 iyul 2026, 13:46
SƏNƏDLƏR Sərəncamlar 24 iyul 2026
13:43
R.E.Məmmədovun Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin...

24 iyul 2026, 13:43
SƏNƏDLƏR Sərəncamlar 24 iyul 2026
13:40
R.E.Məmmədovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri...

24 iyul 2026, 13:40
SƏNƏDLƏR Fərmanlar 24 iyul 2026
13:38
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 469-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 469-VIIQD...

24 iyul 2026, 13:38
SƏNƏDLƏR Fərmanlar 24 iyul 2026
13:33
“Kraudfandinq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 450-VIIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Kraudfandinq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 450-VIIQ nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə...

24 iyul 2026, 13:33
SƏNƏDLƏR Fərmanlar 24 iyul 2026
13:27
“Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 464-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik...

24 iyul 2026, 13:27
SƏNƏDLƏR Qanunlar 24 iyul 2026
13:24
“Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda...

24 iyul 2026, 13:24
SƏNƏDLƏR Fərmanlar 24 iyul 2026
13:21
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxsin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi...

24 iyul 2026, 13:21
SƏNƏDLƏR Qanunlar 24 iyul 2026
13:18
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri...

24 iyul 2026, 13:18