15:05
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılışında iştirak edib.
09 may 2025, 15:05İçərişəhərdəki “Bəylər” məscidinin bərpa və konservasiya işlərindən sonra təqdimatı olub.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Dövlət başçısı və xanımı əvvəlcə məsciddə yaradılan “Müqəddəs əmanətlər” ekspozisiyası ilə tanış olublar.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov dövlətimizin başçısına və xanımına görülən işlərlə bağlı ətraflı məlumat verib. Bildirilib ki, qədim Bakının inkişaf mərhələlərinə nəzər salanda bu şəhərdə qədim dövrlərdən başlayaraq müxtəlif din və həyat tərzlərinin bir-birini əvəz etdiyini və nəticə etibarilə mənəvi mədəniyyətin mənbəyinə çevrildiyini görürük. VII əsrin birinci yarısından Azərbaycanda, o cümlədən Bakıda İslam dininin yayılmasının geniş vüsət alması bu şəhərdə çoxsaylı dini memarlıq abidələrinin - məscid, təkyə, məktəb-məscid və türbələrin tikilməsinə səbəb olub və bu proses yüzilliklər boyu davam edib, nəticədə günümüzə onlarla qədim mədəniyyət abidələrini gətirib çıxarıb. 1895-ci ildə inşa olunan “Bəylər” məscidi də yerli əhəmiyyətli tarix-memarlıq abidəsidir.
Qeyd olunub ki, İçərişəhər ərazisində inşa olunan bu sonuncu məscid zalın böyüklüyünə və tikinti quruluşuna görə digər dini abidələrdən fərqlənir. Onun inşasında Avropa, Şərq, eləcə də yerli memarlığın konstruktiv prinsiplərindən istifadə olunub. Mükəmməl görünüşlü minarənin yuxarı hissəsi Qərbi Avropaya xas olan dekorativ elementlərlə bəzədilib. Məscidin zalında və mehrabında mükəmməl bədii daşyonma sənəti nümunələrindən məharətlə istifadə edilib. Memarlıq abidəsi qədim məscidin yerində tikilib.
“Bəylər” məscidində bərpa və konservasiya işləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəvət etdiyi avstriyalı məşhur bərpaçı ekspert Erix Pummer tərəfindən aparılıb. 2014-2015-ci illərdə görülən işlər zamanı məscidin bərpasında “İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” də iştirak edib, qapı və pəncərələri memarlıq elementləri ilə bəzəyib. Nəticədə təyinatına uyğun muzeyləşdirilən məsciddə “Müqəddəs əmanətlər” ekspozisiyası yaradılıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın diqqətinə çatdırılıb ki, ekspozisiyada İslam dininin müqəddəs əmanəti olan müxtəlif dövrlərə aid qədim “Qurani-Kərim” kitabları nümayiş etdirilir. Burada 73 Quran, 7 dini kitab, 19 dini atribut - ümumilikdə, 99 eksponat nümayiş olunur. Yanğından hifz olunan kitabların vərəqləri, Dərbənd məscidinə aid və axund tərəfindən divara hörülərək qorunan Quran, eləcə də burada nümayiş etdirilən Quranın cüzləri ekspozisiyada diqqəti cəlb edən eksponatlardır. Azərbaycanın müxtəlif regionlarından toplanılan müqəddəs əmanətlər yanğına məruz qalan kitabxanalar və şəxsi mülklərdən aşkar edilib.
Burada yaradılan şərait bir daha təsdiqləyir ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının təşəbbüsü və tapşırıqlarına əsasən, paytaxtda və ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, tarixi abidə və ziyarətgah inşa edilib, bərpa olunub və ya yenidən qurulub. Heydər Əliyev Fondu da bu prosesə böyük töhfələr verib, mədəni və mənəvi mühitin qorunmasında mühüm xidmətlər göstərib. İçərişəhərdəki “Bəylər” məscidinin bərpa və konservasiyası da ölkəmizdə milli-mənəvi dəyərlərin inkişafı ilə bağlı görülən işlərə önəmli bir töhfədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılışında iştirak edib.
09 may 2025, 15:05Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
09 may 2025, 14:40Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
09 may 2025, 14:01Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər.
09 may 2025, 13:55Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.
09 may 2025, 13:49Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel...
09 may 2025, 10:56Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
09 may 2025, 10:54Hörmətli cənab Federal Kansler,
Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar...
09 may 2025, 10:52Hörmətli cənab Prezident,
Ekvador Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Ekvador arasında dostluq...
09 may 2025, 10:50Zati-müqəddəsləri.
Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi,...
09 may 2025, 10:40