İlham Əliyev ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa telefonla zəng edib

17 noyabr 2016, 18:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa telefonla zəng edib.

Dövlətimizin başçısı Donald Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, enerji təhlükəsizliyi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün çox böyük potensialın mövcud olduğunu qeyd edib.

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Donald Tramp qeyd edib ki, Prezident İlham Əliyev haqqında çox xoş sözlər eşidib və dövlətimizin başçısına fəaliyyətində uğurlar arzulayıb.

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Prezident İlham Əliyevdən Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.

SƏNƏDLƏR Sərəncamlar 28 mart 2023
13:06
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Məsim Əhməd oğlu Məmmədov “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası...

28 mart 2023, 13:06
XƏBƏRLƏR Tədbirlər 18 mart 2023
19:05
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri və turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olublar

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm...

18 mart 2023, 19:05