İlham Əliyev Cibutinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

26 oktyabr 2016, 11:10
İlham Əliyev Cibutinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Cibuti Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əli Kamilin etimadnaməsini qəbul edib.

Səfir Məhəmməd Əli Kamil fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Məhəmməd Əli Kamil etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Cibuti Respublikası arasında ikitərəfli münasibətlərin çox yaxşı səviyyədə olduğunu bildirdi. Azərbaycanın İslam ölkələri ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycan ilə Cibutinin dost ölkələr olduğunu dedi. Dövlət başçısı ölkələrimizin xüsusilə beynəlxalq təşkilatlarda həmrəylik göstərərək uğurlu əməkdaşlıq etmələrinin və bir-birilərinə daim dəstək vermələrinin önəmini qeyd etdi. Siyasi əlaqələrimizin səviyyəsinin razılıq doğurduğunu deyən dövlətimizin başçısı bu əlaqələri digər sahələrdə də genişləndirməyin vacibliyini bildirdi. İkitərəfli əlaqələrin inkişafında səfirlərin rolunu qeyd edən Prezident İlham Əliyev səfir Məhəmməd Əli Kamilin Azərbaycanın müvafiq qurumları ilə iqtisadi sahədə əməkdaşlıq imkanlarının araşdırılması üçün müzakirələr aparacağına ümidvar olduğunu bildirdi.

Səfir Məhəmməd Əli Kamil Cibuti Respublikasının Prezidenti İsmayıl Ömər Celinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Bakıya səfər edərkən ölkəsinin Prezidenti ilə görüşdüyünü vurğulayan Məhəmməd Əli Kamil dedi: “Cənab Prezident, mən Bakıya gələrkən cənab İsmayıl Ömər Celi ilə görüşdüm. O, mənə şəxsən bildirdi ki, Azərbaycan bizim üçün böyük əhəmiyyət kəsb edən mühüm ölkədir”.

Dövlət başçısı Prezident İsmayıl Ömər Celinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Cibuti dövlətinin başçısına çatdırmağı xahiş etdi.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Müraciətlər 05 noyabr 2024
10:12
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına

Hörmətli Sammit iştirakçıları!

Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Bu gün dünyamızın...

05 noyabr 2024, 10:12
SƏNƏDLƏR Sərəncamlar 04 noyabr 2024
13:00
C.H.Musayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:                                        

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...

04 noyabr 2024, 13:00