“Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 may tarixli 894 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

19 iyul 2016, 16:35

Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 may tarixli 894 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:

1.1. Fərmanın 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“1. Müəyyən edilsin ki, dövlət əmlakının özəlləşdirilməsi bu Fərman qüvvəyə mindiyi günədək Azərbaycan Respublikası Prezidentinin qərarları ilə özəlləşdirməyə açıq elan edilmiş, eləcə də Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər, habelə torpaq sahələrinin özəlləşdirilməsi istisna olmaqla, Azərbaycan Respublikası Prezidentinin qərarları ilə həyata keçirilir.”.

1.2. Fərmanın 2.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“2.1. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsini özəlləşdirilən dövlət əmlakının qiymətinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun müəyyən edilməsi nəzərə alınmaqla iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;”.

1.3. Fərmanın 3.1-ci və 3.2-ci bəndləri aşağıdakı redaksiyada verilsin:

“3.1. bu Fərman qüvvəyə mindiyi gündən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar qəbul edilməsini bu Fərmanın 1-ci bəndinə riayət etməklə həyata keçirsin;

3.2. bu Fərman qüvvəyə mindiyi günədək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin barəsində özəlləşdirmə əqdi bağlanmamış dövlət əmlakının özəlləşdirilməsi (özəlləşmə prosesində səhmdar cəmiyyətə çevrilmiş müəssisələrin səhmlərinin satışı da daxil olmaqla) istiqamətində tədbirlərin görülməsini başa çatdırsın və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyul 2016-cı il.

SƏNƏDLƏR Qanunlar 10 fevral 2026
15:35
“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il noyabrın 27-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

10 fevral 2026, 15:35
SƏNƏDLƏR Sərəncamlar 10 fevral 2026
15:27
R.S.İsmayılovun Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Rəşad Sahil oğlu İsmayılov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri...

10 fevral 2026, 15:27
SƏNƏDLƏR Sərəncamlar 10 fevral 2026
14:04
A.İ.Mursaqulovun Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Azər İsmayıl oğlu Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin...

10 fevral 2026, 14:04
SƏNƏDLƏR Sərəncamlar 09 fevral 2026
16:46
T.Y.Budaqovun Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                

Tahir Yaqub oğlu Budaqov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad...

09 fevral 2026, 16:46