İlham Əliyev Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakovu qəbul etmişdir

26 aprel 2011, 19:00
İlham Əliyev Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakovu qəbul etmişdir

Prezident İlham Əliyev Rusiya Federasiyası Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri, Ümumhəmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının prezidenti Mixail Şmakovu qəbul etmişdir.

Mixail Şmakov Bakıda keçiriləcək “Miqrasiya problemləri və çağırışlar: Həmkarlar ittifaqlarının rolu” mövzusunda II konfransın önəmini qeyd etdi. O, Beynəlxalq Əmək Təşkilatı ilə birgə təşkil edilən bu tədbirdə müxtəlif ölkələrin nümayəndələrinin iştirak edəcəyini dedi. Qonaq bildirdi ki, tədbirin əsas məqsədlərindən biri də beynəlxalq miqrasiya məsələlərini müzakirə etməkdən ibarət olacaqdır. O, bu baxımdan həmkarlar ittifaqı təşkilatlarının işçi miqrantların hüquqlarının qorunması istiqamətində həyata keçirdikləri işlərin əhəmiyyətini qeyd etdi. Rəhbəri olduğu təşkilatın Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayan qonaq bu mühüm məsələnin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə imzalanan yeni müqavilədə də öz əksini tapdığını dedi.

Dövlət başçısı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Rusiya Federasiyasının Müstəqil Həmkarlar İttifaqları Federasiyası arasında əməkdaşlığın ikitərəfli münasibətlərimizin inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirdi. İşçi miqrantların fəaliyyətinin hüquqi tənzimlənməsi məsələsinə toxunan dövlət başçısı bu məsələnin həm ikitərəfli münasibətlərin inkişafında, həm də MDB çərçivəsində əməkdaşlıq baxımından önəmini vurğuladı. Prezident İlham Əliyev sürətlə inkişaf edən ölkəmizdə xaricdən gələn işçi qüvvəsinin artdığını bildirərək, Azərbaycanda miqrantların əmək fəaliyyəti istiqamətində görülən işləri qeyd etdi.

Mixail Şmakov vaxtilə Sovetlər İttifaqının Həmkarlar İttifaqı Təşkilatına rəhbərlik edən bir qrup şəxsin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə çəkdirdiyi fotoşəkli xatirə olaraq dövlətimizin başçısına təqdim etdi. Sonra Mixail Şmakov dövlətimizin başçısını Ümumhəmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının fəxri gümüş nişanı, Beynəlxalq Rabitə İşçiləri Həmkarlar İttifaqları Komitəsinin qızıl ordeni ilə təltif etdi. Mixail Şmakov Rusiya Federasiyası Müstəqil Həmkarlar İttifaqları Federasiyasının 100 ilik yubileyi münasibətilə hazırlanmış abidənin maketini Prezident İlham Əliyevə təqdim etdi. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 12 iyun 2025
16:57
Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23...

12 iyun 2025, 16:57
SƏNƏDLƏR Sərəncamlar 12 iyun 2025
16:55
Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il...

12 iyun 2025, 16:55
SƏNƏDLƏR Məktublar 12 iyun 2025
10:36
Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda ikinci iclasının iştirakçılarına

Hörmətli iclas iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi...

12 iyun 2025, 10:36
SƏNƏDLƏR Fərmanlar 11 iyun 2025
15:42
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

11 iyun 2025, 15:42