12:20
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfərə gəlib.
Bişkek şəhərinin “Manas 2”...
05 noyabr 2024, 12:20
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş atçılığın konkur növü üzrə 4 günlük beynəlxalq turnir aprelin 24-də Binə Atçılıq Mərkəzində Qran-Pri final yarışları ilə başa çatmışdır.
Final yarışlarını Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Ülyahəzrətləri Haya Bint Əl Hüseyn izləmişlər.
Binə Atçılıq Mərkəzində yarışları izləyən çoxsaylı tamaşaçılar Prezident İlham Əliyevi, Mehriban xanım Əliyevanı və Ülyahəzrətləri Haya Bint Əl Hüseyni hərarətlə qarşıladılar.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin əlahiddə nümunəvi orkestri marş ifa etdi.
Azərbaycan Atçılıq İdmanı Federasiyasının prezidenti Elçin Quliyev çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan bu mötəbər turnirin ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin mühüm tərkib hissəsi olduğunu dedi. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın idman nailiyyətlərinin daha da artdığını bildirən E. Quliyev dedi ki, ölkəmizdə müasir idman infrastrukturu yaradılmışdır. Bu sırada atçılıq idman növünün inkişafı da mühüm yer tutur. Elçin Quliyev onu da diqqətə çatdırdı ki, hazırda Qarabağ və Diliboz at cinslərinin əvvəlki şöhrətinin qaytarılması, yeni atçılıq mərkəzlərinin yaradılması istiqamətində mühüm işlər görülür. Son illərdə beş atçılıq mərkəzi, həmçinin indiki beynəlxalq turnirin keçirildiyi Binə Mərkəzi istifadəyə verilmişdir. Yaxın gələcəkdə ümumi sahəsi 86 hektar olan və atçılıq idmanının bütün növlərinin əhatə olunacağı Mərkəzi Atçılıq Bazasının tikintisinə başlanacaqdır. 2011-ci ildə isə yeddi beynəlxalq yarışın keçirilməsi nəzərdə tutulub ki, onlardan üçü artıq təşkil edilmişdir. Elçin Quliyev bir daha dövlətimizin başçısına idmanın bu növünün inkişafına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq etdi.
Sonra turnirin hakimləri və qaydalar elan olundu. Bildirildi ki, turnirin keçirildiyi meydanda 13 maneə quraşdırılıb və 16 sıçrayış nəzərdə tutulub. Maksimum hündürlük 150 santimetr, vaxt normativi isə 84 saniyədir. Turnirin mükafat fondu 117 min dollardır. Yarışda 12 idmançı 20 atla mübarizə aparır.
Meydana ilk olaraq Azərbaycan idmançısı Gennadi Qaşibəyazov “Latzero” ləqəbli atı ilə çıxdı. Bütün maneələri 84.86 saniyəyə 4 cərimə balı ilə başa vuran idmançının çıxışı uğurlu oldu. Sonra Rusiyadan Olqa Danilova “Kilar” ləqəbli atla, Azərbaycandan Hikmət Musayev “Layt Limerik”, Seyid Musayev isə “Ursula” ləqəbli atlarla, Polşa təmsilçisi Aleksandra Lusina “Çiara MNM” ləqəbli atla, Azərbaycan idmançıları Patrik Mak Enti “David”, Françesko Franko isə “San Sebastian” ləqəbli atlarla çıxış etdilər. Turnirin ən uğurlu çıxışını Azərbaycan idmançısı Camal Rəhimov etdi. O, “Bill Klinton” ləqəbli atı ilə maneələrin hamısını 79.15 saniyəyə heç bir cərimə xalı olmadan keçərək bütün rəqiblərini geridə qoydu.
Bolqarıstan təmsilçisi Tenev Venetto “Uterusa”, Belarusdan olan Viktor Petrov “Sindi Lupə”, Gürcüstandan Şalva Qaçeçeladze isə “Konrad Deluks” ləqəbli atlar ilə o qədər də uğurlu çıxış etmədilər. Azərbaycan idmançısı Gennadi Qaşibəyazov “Papirus”, Rusiya təmsilçisi Olqa Danilova “Vodka laym”, Azərbaycan idmançıları Hikmət və Seyid Musayevlər “Arko VDH” və “Habab de Belou”, Polşa idmançısı Aleksandra Lusina “Bahar MNM”, Azərbaycandan Patrik Mak Enti isə “Konkord-57” ləqəbli atlar ilə çıxış etdilər. Azərbaycan idmançıları Françesko Franko “Zidan”, Camal Rəhimov “Platin E”, Gürcüstan təmsilçisi Kaxaber Kikiani isə “Kalitsa MS” ləqəbli atlar ilə yarışları başa vurdular.
Yarışlar başa çatdıqdan sonra keçirilən şouda məşhur Qarabağ atı nümayiş etdirildi. Balaca idmançılar da öz məharətlərini göstərdilər. Digər məşhur at cinslərinin nümunəvi çıxışları da azarkeşlər tərəfindən maraqla qarşılandı.
Sonra Pekin Yay Olimpiya Oyunlarının təsnifat mərhələsində Azərbaycanın atçılıq idmanını layiqincə təmsil edən 16 yaşlı “Hollivud” ləqəbli at meydana gətirildi və “fəxri təqaüdə” göndərildi.
Turnirdə ən yaxşı nəticə göstərən “Bill Klinton” ləqəbli atın sahibinə isə “KİA” markalı avtomobilin açarları təqdim olundu.
Daha sonra qalib idmançıların mükafatlandırma mərasimi keçirildi.
Beşinci yerin qalibi “David” ləqəbli at ilə Azərbaycan idmançısı Patrik Mak Enti oldu.
Dördüncü yeri Azərbaycan təmsilçisi Camal Rəhimov “Platin E” ləqəbli at ilə tutdu.
Üçüncü yerə digər Azərbaycan idmançısı Gennadi Qaşibəyazov “Ladzero” ləqəbli at ilə çıxdı.
İkinci yerin sahibi də “Konkord-57” ləqəbli at ilə Azərbaycan idmançısı Patrik Mak Enti oldu.
Nəhayət, Qran-Pri turnirində birinci yerin və Heydər Əliyev kubokunun sahibi elan edildi. Bu mükafatlara “Bill Klinton” ləqəbli at ilə Azərbaycan idmançısı Camal Rəhimov layiq görüldü.
Mükafatları Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Ülyahəzrətləri Haya Bint Əl Hüseyn təqdim etdilər.
Mərasim Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başa çatdı.
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfərə gəlib.
Bişkek şəhərinin “Manas 2”...
05 noyabr 2024, 12:20Hörmətli Sammit iştirakçıları!
Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Bu gün dünyamızın...
05 noyabr 2024, 10:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin...
04 noyabr 2024, 13:02Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...
04 noyabr 2024, 13:00Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin...
01 noyabr 2024, 16:37Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı - İnqilab Gününün 70-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən...
01 noyabr 2024, 11:09Hörmətli cənab Sədr,
Valensiya regionunda baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və...
31 oktyabr 2024, 19:07Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli...
31 oktyabr 2024, 16:00