18:08
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq...
07 noyabr 2024, 18:08İlham Əliyev Bakının kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Səbail rayonunun Badamdar qəsəbəsində görülən işlərlə tanış olmuşdur.
Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə Bakının kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı verdiyi tapşırıqların icrası ilə yerində tanış olmaq üçün ayrı-ayrı yaşayış sahələrində olmuşdur.
Aprelin 20-də Prezident İlham Əliyev Səbail rayonunun Badamdar qəsəbəsində görülən işlərlə yaxından tanış olmuşdur.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov xüsusi sxem əsasında Səbail rayonunda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, rayonun ərazisindəki parklar və dairələr əsaslı təmir edilmiş, mədəniyyət evi, uşaq bağçası, 15 saylı poliklinika, 236 saylı məktəb yenidən qurulmuş, qəsəbədə xeyir-şər evi istifadəyə verilmiş, elektrik şəbəkəsinin yeni binası inşa edilmişdir. 21 min 600 nəfər sakini olan Badamdar qəsəbəsində məhəllədaxili yolların təmirinə başlanmışdır. İndiyə qədər 18 min kvadratmetr yol sahəsinə yeni asfalt örtüyü döşənmiş, 12 min kvadratmetr yol sahəsində isə hazırlıq işləri başa çatdırılmışdır.
Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı sakinlərlə görüşdü.
Prezident İlham ƏLİYEV sakinləri salamlayaraq dedi:
- Bakı qəsəbələrinin inkişafı proqramı hazırlanır. Hər bir qəsəbə üzrə konkret proqram tərtib olunacaq və beləliklə Bakı ətrafında yerləşən qəsəbələrdə inkişaf daha da sürətlə gedəcəkdir. Bu proqram artıq hazırlanır və hər qəsəbədə bütün sosial-iqtisadi məsələlər tezliklə həllini tapmalıdır.
Badamdar qəsəbəsində də həllini gözləyən problemlər vardır. Biz onları bilirik və onları həll edəcəyik. İlk növbədə yollardan başlamışıq. Artıq gözəl yollar çəkilir. Bütövlükdə qəsəbənin yollarının uzunluğu 50 kilometrə bərabərdir. Yəni, böyük bir iş tələb olunur, ancaq bunu edəcəyik. Su problemi vardır və bu, təbii olaraq bizi narahat edir. Bu məsələ bütövlükdə ölkə üzrə həllini tapmaqdadır, o cümlədən Bakıda və Bakıətrafı qəsəbələrdə. Qazlaşdırma yenidən aparılmalıdır, çünki borular köhnəlib. Bəzi hallarda qazın təzyiqi lazımi səviyyədə deyildir. Yəni, bütün məsələlər həllini tapmalıdır. Yeni məktəbin tikintisi məsələsi vardır. Mənə deyirlər ki, bu gözəl məktəb bütün tələblərə cavab versə də, burada şagirdlər iki növbədə oxuyurlar, bu da çətinlik yaradır. Yeni məktəb tikilməlidir. Bir də burada yeni xəstəxana inşa olunmalıdır. Buna da ehtiyac vardır. Biz bütün bu məsələlərə kompleks şəkildə baxacağıq. 2013-cü ilin sonuna qədər Bakıətrafı qəsəbələrdə bütün sosial-iqtisadi məsələlər öz həllini tapmalıdır. İnfrastruktur yenidən qurulmalıdır. Elektrik enerjisi ilə təchizatda problem yoxdur. Ancaq xətlərin çəkilişi aparılmalıdır. Xətlər daha da müasir səviyyədə çəkilməlidir, bəzi yerlərdə yerin altına salınmalıdır. Dediyim kimi, qazlaşdırma, su, kanalizasiya məsələləri təkcə bu qəsəbə üçün deyil, bütövlükdə ölkəmiz üçün çox ciddidir.
Əslində Badamdar qəsəbəsi şəhərin bir hissəsidir. Heç qəsəbə də demək olmaz, çünki burada şəhərtipli infrastruktur mövcuddur, bu qəsəbə şəhərin içindədir. Ancaq qəsəbə statusu vardır. Bütün qəsəbələrdə olduğu kimi, burada da bütün işlər yüksək səviyyədə aparılmalıdır.
Bu gün mən gəlmişəm ki, sizdən soruşum, eşidim, əlavə hansı işlər görülməlidir?! Burada yaşayan sakinləri hansı məsələlər daha çox narahat edir ki, biz onları tezliklə həll edək.
SAKİN: Hörmətli cənab Prezident, Badamdar sakinləri Sizi səmimi qəlbdən salamlayır. Qəsəbəmizə xoş gəlmisiniz. İşinizin çox olmasına baxmayaraq, vaxt ayırıb qəsəbəmizə gəldiyinizə, biz sakinlərlə görüşdüyünüzə görə Sizə dərin minnətdarlığımızı bildirir və səmimi qəlbdən təşəkkür edirik.
Hörmətli cənab Prezident! Vaxtilə müdrik şairlərimizdən biri demişdir ki, “Bakı, Azərbaycan, neftə bir bax, Şərqin ilk günəşi buradan doğacaq”. Bəli, vaxt yetişdi, 1969-cu ildə o günəş Azərbaycan üzərində doğdu.
O günəş Sovetlər İttifaqı dövründə iqtisadi cəhətdən geridə qalmış respublikanı qısa müddətdə hərtərəfli inkişaf etmiş qabaqcıl bir respublikaya çevirən, məmləkətimizi çiçəkləndirən ulu öndərimiz dahi Heydər Əliyev idi. O günəş müstəqil Azərbaycanımızın memarı, yaradıcısı və qurucusu ulu öndərimiz Heydər Əliyev idi. O günəş Azərbaycan neft strategiyasının banisi və müəllifi ulu öndərimiz Heydər Əliyev idi. Ulu öndərimizin siyasi xəttini sonradan Siz davam etdirdiniz. Sizin rəhbərlik etdiyiniz dövrdə respublikamızda böyük nailiyyətlər əldə olunmuşdur. Yeni şəhərlər və qəsəbələr tikildi, respublikada infrastruktur yenidən quruldu. Nəhəng sosial və sənaye obyektləri yaradıldı. Bunları saymaqla qurtarmaq olmaz. Ən əsası isə xalqımızın maddi-mənəvi durumu yaxşılaşmağa başladı və hər gün yaxşılaşmaqda davam edir.
Hörmətli Prezidentimiz! Mən uzun müddətdir bu qəsəbədə yaşayıram. Vaxtilə Badamdar kiçik bir qəsəbə idi. Buradakı binaları barmaqla saymaq olardı. Ancaq son vaxtlar, xüsusilə son on ildə qəsəbəmiz tanınmaz dərəcədə böyümüşdür, çoxlu yaşayış binaları tikilmiş, parklar, yollar salınmış, infrastruktur yaradılmışdır. Xüsusilə son illərdə abadlıq daha yüksək vüsət almışdır. Qəsəbəmizdə keçən əsrdə tikilən evlər təmir olunmuş, xeyir-şər evi, mədəniyyət evi tikilmiş, məktəbimiz təmir olunmuş, əlavə korpuslar inşa olunub istifadəyə verilmişdir.
Bizim əsas problemimiz - su, qaz, işıq məsələlərimiz tamamilə həll olunmuşdur. Su təchizatı, kanalizasiya qurğuları isə yaxınlarda tikilib və yenə də tikiləcəkdir. Cənab Prezident, atalar gözəl deyiblər: “Su həyatdır, su nəfəsdir, su yaşayışdır”. Bu yaşayışı, bu həyatı bizə Siz bəxş edirsiniz. Sizin rəhbərliyiniz və bilavasitə dəstəyinizlə Bakı şəhərinə çəkilən Oğuz-Qəbələ-Bakı kəməri ilə gələn su bizə yeni həyat, yeni yaşayış, yeni nəfəs verəcəkdir.
Azərbaycanın tarixində üç nəfər Bakı şəhərinə su gətirmişdir. Onun birincisi keçən əsrdə Hacı Zeynalabdin Tağıyev, ikincisi ümummilli liderimiz Heydər Əliyev olmuşdur, üçüncüsü isə Sizsiniz, cənab Prezident!
Bütün Azərbaycan xalqı kimi biz də daim Sizin yolunuzla getmişik, gedirik və gedəcəyik. Çünki, bu yol haqq yoludur. Bu yol ulu öndərimiz Heydər Əliyev yoludur. Bu yol İlham Əliyev yoludur.
Cənab Prezident, mən Sizə çətin və şərəfli işinizdə müvəffəqiyyətlər, möhkəm cansağlığı və ailə səadəti arzulayıram. Allah-təala Sizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin.
Cənab Prezident! Bizim bir problemimiz də vardır. Qəsəbəmizdə vaxtilə xəstəxana binası var idi. O bina coğrafi, yaxud da ki, memarlıq baxımından, deyə bilmərəm, məsləhət görüldü ki, sökülsün. Söküldü və yerində möhtəşəm hospital binası ucaldılmağa başlandı. O vaxtdan həmin xəstəxana tikilmir. Qəsəbədə yaşayan əhalinin əksəriyyəti neft sənayesində, tikintidə və müxtəlif sahələrdə çalışan adamlardır, hərbi işçilərdir. Ona görə də bizim şəhərə getməyə imkanımız bir az məhduddur. Odur ki, qəsəbəmizdə xəstəxana binasının tikilməsinə Sərəncam verməyinizi sakinlər Sizdən xahiş edirlər.
Prezident İlham ƏLİYEV: Bu məsələ mütləq öz həllini tapacaqdır. Mən xəstəxananın tikintisi ilə bağlı xüsusi Sərəncam verəcəyəm ki, işlər dərhal başlasın və gələn ilin dövlət büdcəsində bu məsələnin həlli üçün əlavə vəsait ayrılacaqdır. Eyni zamanda, yeni məktəb binasının tikintisi də nəzərdə tutulmalıdır. Çünki buna da ehtiyac vardır. Siz qeyd etdiyiniz kimi, qəsəbənin həm ərazisi genişlənir, həm də əhalisi artır. Burada bütün lazımi infrastruktur obyektləri yaxın zamanlarda tikilməlidir.
Mən bilirəm ki, qazın verilməsi ilə də bağlı müəyyən problemlər vardır. Təzyiq bəzi hallarda aşağıdır, çünki borular köhnəlib. İndi bütün ölkə üzrə geniş qazlaşdırma işləri aparılır. Elə bir rayon yoxdur ki, oraya qaz verilməsin. İndi hətta ucqar kəndlərə də qaz xətləri çəkilir. 2012-ci ilin sonuna qədər ölkəmizdə qazlaşdırma 90-95 faiz təşkil etməlidir və keyfiyyətli qaz verilməlidir. Xüsusilə, Bakıda və Bakıətrafı qəsəbələrdə bu məsələlər daha da tezliklə öz həllini tapmalıdır.
İçməli su problemi əfsuslar olsun ki, bütün dövrlərdə bizim üçün aktual olmuşdur. Azərbaycanı və Bakını su ilə təmin edən xətlər çəkilibdir, siz onu qeyd etdiniz. Hacı Zeynalabdin Tağıyev Şollar kəmərini çəkdirmişdir. Ondan sonra ulu öndər Heydər Əliyev su kəmərləri çəkdirmişdir. İndi Oğuz-Qəbələ su kəməri də tikilib. Bu kəmərin xüsusiyyəti ondan ibarətdir ki, su daxili mənbələr hesabına formalaşır. Yəni, həm Kür, həm də Samur çaylarının mənbəyi başqa ölkələrin ərazisindədir və bir növ biz başqa ölkələrdən asılı vəziyyətdəyik.
Bir daha deyirəm, Oğuz-Qəbələ-Bakı kəmərinin xüsusiyyəti ondan ibarətdir ki, bu, bulaq suyudur və eyni zamanda, daxili mənbələr hesabına formalaşır. Biz gələcəkdə o kəmərlə suyun verilməsinin həcmini də artıra bilərik.
İndi Badamdarda və başqa yerlərdə su anbarları tikilir. Onlar istifadəyə veriləndən sonra su ilə təchizat daha da yaxşı olacaq, eyni zamanda, yeni xətlər çəkilməlidir. Çünki vaxtilə çəkilmiş xətlər köhnəlib, bəzi hallarda çürüyüb, biz onların hamısını yenidən qurmalıyıq. Bu böyük maliyyə vəsaiti tələb edən bir işdir. Eyni zamanda, su və kanalizasiya məsələləri texniki cəhətdən çox ağır bir işdir. Hər iki məsələ bütün qəsəbələrdə, Bakıda və bütün rayonlarda paralel şəkildə öz həllini tapmalıdır. İndi nəinki Bakıda, hər bir rayon üzrə xüsusi su layihəsi hazırlanmışdır. Bəzi yerlərdə işlər başlanmışdır. Bəzi yerlərdə isə biz bu işlərə yaxın zamanlarda başlayacağıq.
Yəni, əsas infrastruktur məsələləri bundan ibarətdir - su, kanalizasiya, qazlaşdırma, elektrik enerjisinin verilməsi, sosial infrastruktur, xəstəxanalar, məktəblər, yollar. Biz bu işlərlə məşğuluq. Bütün ölkə üzrə proqramlar həyata keçirilir və Bakı qəsəbələri də bu proqramlardan kənarda qalmamalıdır. Hər bir bölgədə regional inkişaf proqramları vardır. Mən bölgələrdə tez-tez oluram, inkişafı görürəm. Mən istəyirəm ki, hər bir yerdə, hər bir kənddə, hər bir qəsəbədə bu inkişaf özünü göstərsin. Xüsusilə Badamdar kimi böyük tarixə malik olan qəsəbədə işlər yüksək səviyyədə olmalıdır.
Əslində Badamdara qəsəbə də demək mümkün deyildir. Bu, şəhərdir və şəhər kimi formalaşmışdır, şəhərin içindədir. Əlbəttə, burada bütün işlər yüksək səviyyədə görülməlidir. Yəni, Bakı qəsəbələrinin inkişafı proqramı icra olunandan sonra iki il ərzində əsas məsələlər öz həllini tapacaqdır. Bu yolun çəkilişi başlanğıcdır, burada başqa yollar da çəkiləcəkdir. Ondan sonra yollarda işıq dirəkləri quraşdırılmalıdır. Çünki burada işıqlandırma yoxdur, axşamlar qaranlıqdır. Hər yer işıqlı olmalıdır. Biz indi özümüzü elektrik enerjisi ilə təmin edirik. Başqa ölkələrə də qaz, neft ixrac edirik. Ona görə, burada hər bir küçə işıqlandırılmalıdır.
SAKİN: Cənab Prezident! Mən də qəsəbə sakinləri adından, analar adından Sizi salamlayıram! Qəsəbəmizə xoş gəlmisiniz! Gəlişinizlə bizi sevindirdiniz, bizə şərəf verdiniz!
Mən bir təhsil işçisi kimi təhsil haqqında danışmaq istəyirəm. Sizin təhsilə, elmə qayğınızın nəticəsidir ki, son illər Azərbaycanda iki mindən yuxarı ümumtəhsil məktəbi tikilmiş, təmir edilmiş və istifadəyə verilmişdir. Həmçinin Heydər Əliyev Fondunun xətti ilə də 300-dən artıq uşaq bağçası, internat məktəbi, orta məktəb tikilmiş, təmir edilmiş və uşaqlarımızın ixtiyarına verilmişdir. Elə bizim gördüyümüz bu məktəb, qəsəbəmizdəki hər iki məktəb Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi nəzarəti ilə təmir edilmiş, əlavə korpus tikilmişdir. Vaxtilə qəzalı vəziyyətdə olan bu məktəblər indi hər cür avadanlıqla təchiz olunmuş, dünya standartlarına cavab verən müasir məktəblərdir. Siz qeyd etdiniz, bizim qəsəbədə məktəb tikilməsinə ehtiyacımız vardır. Buna görə Sizə təşəkkür edirik. Sizin fəaliyyətinizi, Mehriban xanımın fəaliyyətini bütün xalqımız kimi, biz də yüksək qiymətləndiririk. Məktəbəqədər təhsilin də vacib olduğunu nəzərə alsaq, qəsəbədə cəmi iki bağça vardır. O bağçalar məktəbəqədər təhsili təmin etmir. Bizim əlavə bir bağçaya da ehtiyacımız vardır.
Sağ olsun Mehriban xanım, milli mənəvi dəyərlərimizi dünyaya tanıdır. Milli mənəvi dəyərlərimizi dünyaya tanıtmaqla mənfur düşmənlərimizin oğurladıqlarını onların əlindən alır, oğurlayacaqlarına sahib çıxır. Biz milli mənəvi dəyərlərimizə bağlı xalqıq.
Gənclərimiz, şagirdlərimiz bu gün Sizin hərtərəfli qayğınızla əhatə olunublar. Azərbaycanda bu gün gənclər evi tikilir. Azərbaycan gəncləri dünyanın ən inkişaf etmiş ölkələrinin tanınmış universitetlərində dövlət hesabına təhsil alırlar. Olimpiya kompleksləri tikilir. Bu bizim gələcəyimizə qayğıdır. Biz analar bundan ruhlanırıq, Sizə minnətdarlığımızı bildiririk.
Heydər Əliyev Azərbaycana Allah tərəfindən bəxş edilmiş bir mayak idi. Siz o mayakın işığısınız. Biz o işıq altında irəliyə gedirik və gedəcəyik. Biz həmişə Sizinlə bir olmuşuq, daim də bir olacağıq!
Sağ olun, yaşayın, xoşbəxt olun ailənizlə, övladlarınızla, nəvə çox şirin şeydir, nəvələrinizlə. Allah Sizi qorusun!
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Təşəkkür edirəm.
X X X
Sakinlərin təkliflərini dinləyən dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi.
X X X
Sonda qəsəbə sakinləri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq...
07 noyabr 2024, 18:08Azərbaycan Respublikası Prezidentinin
2024-cü il 7 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
3. “Azərbaycan Xəzər...
07 noyabr 2024, 18:06Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi, o cümlədən iqtisadi...
07 noyabr 2024, 18:04Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...
07 noyabr 2024, 18:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Polkovnik Azər Aydın oğlu Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının...
07 noyabr 2024, 17:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
“general-polkovnik” ali...
07 noyabr 2024, 17:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Fərid Mirmufid oğlu Seyidova “ədliyyə...
07 noyabr 2024, 17:08Hörmətli xanım Prezident,
Moldova Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan-Moldova münasibətlərinin və əməkdaşlığının bugünkü inkişaf dinamikası məmnunluq...
07 noyabr 2024, 16:32Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası...
07 noyabr 2024, 12:32Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının...
07 noyabr 2024, 12:30Hörmətli cənab Prezident,
Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Xoş ənənələrə əsaslanan Azərbaycan-Vyetnam əlaqələri uğurla inkişaf etməkdədir....
07 noyabr 2024, 12:28