Suraxanı rayonu Bülbülə kəndinin sakinləri ilə görüş zamanı İlham Əliyevin nitqi

31 mart 2011, 19:10
Suraxanı rayonu Bülbülə kəndinin sakinləri ilə görüş zamanı İlham Əliyevin nitqi

Qəsəbədə işlər görülür, yol tikintisi gedir. Bu, birinci addımdır. Bütün qəsəbələrin sosial-iqtisadi inkişafı proqramı hazırlanır. Müvafiq göstərişlər verilibdir. Bildiyiniz kimi, bu məsələ ilə bağlı geniş müşavirə keçirilmişdir. Artıq proqram hazırlanır. Ümid edirəm ki, aprel ayında biz onu təsdiq edəcəyik və genişmiqyaslı işlər başlayacaqdır. Vaxt itirməmək üçün artıq bu yolun çəkilişi başlanmışdır. Həm burada, həm başqa qəsəbələrdə bu cür yollar yox idi. Torpaq yolları idi, yağış, qar yağan kimi bu yoldan keçmək mümkün deyildi. Amma indi asfalt yollardır, bu, xəritədə də göstərilibdir. Bu, necə deyərlər, hələ birinci layihədir. Bütün qəsəbə yolları tikilməlidir. Qəsəbələrdə bütün infrastruktur obyektləri bərpa olunmalıdır, yenidən tikilməlidir. İndi qaz xətləri çəkilir. Mənə deyilir ki, indi qazın təzyiqi lazımi səviyyədə deyildir. Müvafiq göstərişlər verəcəyəm ki, qazın təzyiqi artırılsın. Ölkə üzrə elektrik enerjisi ilə təchizat məsələsi bütövlükdə həll olunub. Ancaq hələ görüləsi işlər çoxdur. Xətlərin yerin altına salınması, ondan sonra elektrik enerjisinin daha da keyfiyyətlə, fasiləsiz verilməsi məsələləri vardır. Bütün bu işlərlə də məşğul olacağıq. Kanalizasiya layihəsi mütləq icra olunacaqdır. İndi xüsusi bir proqram hazırlanır. Bütün ölkə üzrə, eyni zamanda, hər bir qəsəbə üzrə kanalizasiya, içməli su proqramları hazırlanır. Bu ərazidə məktəb yoxdur. Məktəbə getmək üçün uşaqlar çox uzaq məsafə qət etmiş olurlar. Ona görə məktəb tikintisi də başlamalıdır. Yer də seçilib. Layihəni də hazırlayın və tezliklə vəsait də ayıracağıq ki, məktəb də tikilsin.

Biz məsələlərə kompleks şəkildə yanaşırıq. Hər bir qəsəbədə normal yaşamaq və işləmək üçün yaxşı şərait olmalıdır.

İndi bilirsiniz ki, bütün rayonlarda quruculuq-abadlıq işləri gedir. Rayonların inkişafı proqramı sürətlə aparılır. Belə olan halda Bakıətrafı qəsəbələrdə işlər daha da sürətlə getməlidir. Məhz bu məqsədlə mən müşavirədə göstəriş vermişəm ki, qəsəbələrin xüsusi proqramı olmalıdır. Çünki bu qəsəbələr, əlbəttə ki, Bakının qəsəbələridir. Ancaq burada yaşayış, həyat tərzi, necə deyərlər, qəsəbə səviyyəsindədir. Biz bunu nəzərə almalıyıq. Bakıətrafı qəsəbələrdə səkkiz yüz mindən artıq əhali yaşayır. O insanların problemləri həll olunmalıdır. Həm iş yerləri açılmalı, həm sahibkarlıqla məşğul olanlar üçün güzəştli kreditlərin verilməsi və infrastruktur layihələrinin icrası təmin edilməlidir.

Hesab edirəm ki, bir neçə il ərzində qəsəbələrin əsas sosial- iqtisadi məsələləri öz həllini tapacaqdır. Hər halda bunu etmək üçün bizdə bütün imkanlar vardır. Birinci, siyasi iradə, problemlərin həlli üçün düşünülmüş siyasət və proqram vardır. İkincisi, indi hamı görür ki, ölkəmiz inkişaf edir, maliyyə imkanlarımız artır. Aparılan islahatlar hesabına bu gün Azərbaycan iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkələrdəndir. Bu da bizə imkan verəcək ki, problemləri tezliklə həll edək.

Bölgələrdə, qəsəbələrdə mövcud olan problemləri biz də bilirik, siz də bilirsiniz. Ona görə gəlmişəm ki, sizdən də eşidim əlavə nə edilməlidir. Məktəb binası tikiləcəkdir. Əgər tibb məntəqəsi lazımdırsa, onu da edək. Yollar, işıq dirəkləri, küçələr. Əslində bu küçəni heç küçə adlandırmaq mümkün deyildir. İşıq dirəkləri yoxdur. Onlar da qoyulmalıdır ki, gecələr burada yollar işıqlı olsun. Yəni, biz bütün bu məsələlərə kompleks şəkildə yanaşmalıyıq. Belə olan halda qısa müddət ərzində istədiyimizə nail ola biləcəyik. 

SƏNƏDLƏR Sərəncamlar 02 iyun 2025
15:49
“Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya...

02 iyun 2025, 15:49
SƏNƏDLƏR Fərmanlar 02 iyun 2025
15:47
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 179-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

02 iyun 2025, 15:47
SƏNƏDLƏR Qanunlar 02 iyun 2025
15:45
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda...

02 iyun 2025, 15:45