“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

16 fevral 2016, 13:10

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 fevral tarixli 453 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 86) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.6-cı, 1.8-ci, 1.9-cu və 1.12-ci bəndlərdən “, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri çıxarılsın.

2. 1.11-ci bənddə “və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər” sözləri “həyata keçirir” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 fevral 2016-cı il.

SƏNƏDLƏR Müraciətlər 27 may 2024
23:10
İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransının iştirakçılarına

Xanımlar və cənablar,

Azərbaycan həmişə İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub, onların legitim maraqlarını və narahatlıqlarını müdafiə edib.

Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə biz...

27 may 2024, 23:10