İlham Əliyev NATO baş katibinin xüsusi nümayəndəsini qəbul edib

16 fevral 2016, 12:10
İlham Əliyev NATO baş katibinin xüsusi nümayəndəsini qəbul edib

Prezident İlham Əliyev NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edib.

NATO-nun baş katibi Yens Stoltenberqin salamlarını dövlətimizin başçısına çatdıran xüsusi nümayəndə Ceyms Appaturay Prezident İlham Əliyevin NATO-nun mənzil-qərargahına son səfərini və keçirdiyi görüşləri xatırladı.

Dövlət başçısı NATO-nun baş katibi Yens Stoltenberqlə Davosda keçirdiyi müzakirələr zamanı görüşdüyünü məmnunluqla qeyd etdi.

Söhbət zamanı Azərbaycan ilə NATO arasında uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olmasının razılıq doğurduğu vurğulandı, Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfə yüksək qiymətləndirildi. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı, NATO-nun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün daim dəstəklənməsindən məmnunluq ifadə olundu.

Prezident İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını NATO-nun baş katibinə çatdırmağı xahiş etdi.

gallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55