İlham Əliyevin Pakistanın Baş naziri ilə görüşü olub

21 yanvar 2016, 23:20
İlham Əliyevin Pakistanın Baş naziri ilə görüşü olub

Davosda Prezident İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Navaz Şərif ilə görüşü olub.

Prezident İlham Əliyev bu görüşün ölkələrimiz arasındakı münasibətlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu dedi. Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə verdiyi dəstəyi yüksək qiymətləndirdi. “Bizim üçün Pakistan dünyada ən yaxın müttəfiq ölkələrdəndir və biz tərəfdaşlığımızın daha da gücləndirilməsini istəyirik”, - deyən Prezident İlham Əliyev iqtisadi əlaqələrimizi də çox güclü olan siyasi əməkdaşlığın səviyyəsinə qaldırmağın vacibliyini vurğuladı, ölkələrimizin energetika, nəqliyyat, sərmayə qoyuluşu, təhlükəsizlik sahələrində əməkdaşlıq etməsinin əhəmiyyətini bildirdi.

Dövlət başçısı Pakistanda universitetdə törədilmiş dəhşətli terror hadisəsi ilə bağlı Baş nazir Məhəmməd Navaz Şərifə və dost ölkənin xalqına başsağlığı verdi.

Baş nazir Məhəmməd Navaz Şərif başsağlığına görə Azərbaycan Prezidentinə minnətdarlıq etdi. O, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğuladı. Prezident İlham Əliyevin Pakistanın böyük dostu olduğunu deyən Məhəmməd Navaz Şərif Pakistan xalqının Azərbaycana böyük məhəbbət hissi bəslədiyini bildirdi. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin Pakistanda böyük hörmətlə xatırlandığını, Ulu Öndərin İslamabada səfəri zamanı onunla görüşünü ehtiramla xatırladığını, Prezident İlham Əliyevin Ümummilli Liderin siyasətini uğurla davam etdirərək Azərbaycanı dünya miqyasında qüdrətli ölkəyə çevirdiyini diqqətə çatdırdı.

Azərbaycan ilə Pakistan arasında dostluq münasibətlərinin inkişaf etdiyini deyən Pakistan hökumətinin başçısı ölkələrimizin əməkdaşlıq baxımından mövcud potensialının gücləndirilməsində maraqlı olduqlarını bildirdi, bunun üçün ciddi səylərin göstərilməsinin əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev Məhəmməd Navaz Şərifin ümummilli lider Heydər Əliyev haqqında dediyi xoş sözlərə görə minnətdarlığını bildirdi, Ulu Öndərin ölkələrimiz arasında münasibətlərin əsasını qoyduğunu dedi, Azərbaycan xalqının Pakistana böyük rəğbət hissi bəslədiyini vurğuladı.

Görüşdə münaqişələrin həllində ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyinin böyük əhəmiyyətinin olduğu qeyd edildi. Dövlətimizin başçısı ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllində Pakistanın ədalətli mövqeyini yüksək qiymətləndirdi.

Söhbət zamanı iqtisadi əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, hərbi sahədə əməkdaşlıq və digər məsələlər müzakirə olundu.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
14:44
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının...

10 yanvar 2025, 14:44
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
14:40
“Rəqəmsal ekologiya” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Rəqəmsal ekologiya” informasiya sistemi yaradılsın.

2. “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə” təsdiq...

10 yanvar 2025, 14:40
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
13:16
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadə mexanizmini...

10 yanvar 2025, 13:16