İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin yeni “AZAD Systems Co” müəssisəsinin açılışında iştirak etmişdir

03 mart 2011, 15:34
İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin yeni “AZAD Systems Co” müəssisəsinin açılışında iştirak etmişdir

Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin yeni “AZAD Systems Co.” müəssisəsi istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.

Dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi.

Müəssisə ilə tanış olan dövlətimizin başçısı burada xaricdən gələn mütəxəssislərlə görüşdü. Prezident İlham Əliyev onlarla birlikdə müəssisədə istehsal edilən məhsulların nümayiş olunduğu filmə baxdı.

Azərbaycan Prezidentinə pilotsuz təyyarənin maketi hədiyyə olundu.

Müdafiə sənayesi naziri Yavər Camalov dövlətimizin başçısına məlumat verdi ki, müəssisədə işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. “AZAD systems Co.” müəssisəsinin də daxil olduğu “Şərq” İstehsalat Birliyində son bir neçə ildə geniş tikinti və yenidənqurma işləri aparılmışdır. Son üç ildə müəssisədə 5 istehsal sahəsi yaradılmış, müasir texnoloji avadanlıq quraşdırılmışdır.

Müəssisə ilə tanışlıq zamanı Prezident İlham Əliyevə bildirildi ki, burada müasir tipli məsafədən idarə edilən pilotsuz uçuş aparatları istehsal olunur. Pilotsuz uçuş aparatları bir çox texniki-iqtisadi üstünlüklərə malikdir. Uçuş aparatında heyətin olmaması, çəkilən xərclərin azlığı, insanın fiziki qabiliyyətindən artıq texniki manevrlər etmək xüsusiyyəti və digər məsələlər bu üstünlüyü şərtləndirən əsas amillərdir.

Kompozit materialları sahəsində iş prosesi ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, “Orbitr-2M” və “Aerostar” pilotsuz təyyarələrinin hissələri burada hazırlanır. Bunun üçün xüsusi qəliblərdən istifadə olunur və istehsal prosesi xüsusi dəqiqliklə yerinə yetirilir. Kəsmə-biçmə sexində də hər cür şərait yaradılmışdır. Təyyarələrin hazırlanmasında istifadə olunan materiallar bu sexdə kəsilir, biçilir və aidiyyəti üzrə müvafiq istehsal sahələrinə yönəldilir.

Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin muzeyində saxlanmaq üçün hazırlanmış pilotsuz təyyarənin qanadını imzaladı.

Mühərrikyığma sexində dövlətimizin başçısına müəssisədə hazırlanan pilotsuz təyyarələrin digər texniki göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, “Orbitr-2M” təyyarəsi 4-6 kilometr hündürlükdə 4-5 saat uça bilir. “Aerostar” təyyarəsi isə 10 kilometr yüksəklikdə 12 saat fasiləsiz uçur.

Prezident İlham Əliyevə pilotsuz təyyarələrin hissələri və “Orbitr-2M” təyyarəsinin yerüstü idarəetmə mərkəzi barədə də məlumat verildi.

İdarəetmə mərkəzinin fəaliyyəti ilə tanış olan Azərbaycan Prezidentinə məlumat verildi ki, bu qurğu hazır məhsulun keyfiyyətini yoxlamaq, bir növ onun sınağını keçirməklə yanaşı, pilotsuz təyyarələrin idarə olunmasının texniki xüsusiyyətlərini də özündə əks etdirir. Kəşfiyyat tapşırıqlarını və yerdən verilən komandaları yerinə yetirmək imkanına malik olan bu aparatlar uçuş məsafəsinə və enməsinə görə aerodrom tipli platformalardan start götürmək, aerodroma və yaxud paraşüt vasitəsilə enmə qabiliyyətinə malikdir. İnformasiyanın ötürülməsi xüsusi avadanlığın köməyi ilə yerinə yetirilir.

Sonra gələcəkdə Azərbaycanda istehsalı nəzərdə tutulan “Diamond DA-42” dörd yerlik sərnişin təyyarəsinin təqdimatı oldu. Dövlətimizin başçısına təyyarənin texniki göstəriciləri barədə məlumat verildi.

Müəssisə ilə tanış olan Prezident İlham Əliyev burada yaradılan şəraitdən razılığını bildirdi və kollektivə uğurlar arzuladı. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42