İlham Əliyev Antalyada ali qonaqların şərəfinə verilən naharda iştirak edib

14 noyabr 2015, 23:45
İlham Əliyev Antalyada ali qonaqların şərəfinə verilən naharda iştirak edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın adından “Böyük İyirmiliyin” (G20) Antalya şəhərində keçirilən Sammitində iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin və onların xanımlarının şərəfinə nahar verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva naharda iştirak ediblər.

Nahardan sonra ənənəvi türk əl sənətləri olan ebru və şüşə işləmələrindən nümunələr nümayiş etdirildi.

Sərgini izləyən dövlət başçılarına, beynəlxalq təşkilatların nümayəndələrinə və onların xanımlarına bu sənətlər barədə məlumat verildi. Bildirildi ki, ebru ənənəvi türk təsviri sənəti növüdür. Təsvir əvvəlcə xüsusi boyalarla su səthində çəkilir, sonra kağıza hopdurulur. 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ebrulardan birinin hazırlanması prosesində iştirak etdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55