Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab İslam Kərimova

31 avqust 2015, 18:05

Hörmətli İslam Abduqəniyeviç, 

Sizi və qardaş Özbəkistan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. 

Sevindirici haldır ki, qardaş Özbəkistan müstəqillik illəri ərzində Sizin rəhbərliyinizlə bütün sahələrdə sanballı uğurlar qazanıb. Bu gün Özbəkistan dinamik sosial-iqtisadi inkişaf və hərtərəfli düşünülmüş siyasi fəaliyyət yolu ilə firavanlaşan bir ölkə kimi beynəlxalq aləmdə layiqli nüfuz və hörmət qazanıb. 

Azərbaycan ilə Özbəkistanı tarixən bir-biri ilə müştərək mədəniyyətlər və mənəvi dəyərlər bağlayır. Xalqlarımızın zəngin dostluq və qarşılıqlı dəstək ənənələri var. Əminəm ki, bu mehriban münasibətlərin, sıx əməkdaşlığın və tərəfdaşlığın inkişaf etdirilməsi və möhkəmlənməsi bundan sonra da ölkələrimizin firavanlaşmasına kömək edəcək. 

Hörmətli İslam Abduqəniyeviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Özbəkistan xalqına sülh və firavanlıq arzu edirəm.

Hörmətlə,

İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 31 avqust 2015-ci il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55