22:30
Mayın 8-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı dövlətimizin başçısının Birləşmiş Ərəb...
08 may 2025, 22:30
Mən sizi ürəkdən salamlayıram. Samux rayonunda çox əlamətdar hadisədir - İcra hakimiyyətinin yeni inzibati binası istifadəyə verilibdir. Çox əlamətdar hadisədir. Həm burada işləyənlər üçün yaxşı şərait yaradılıb, eyni zamanda, – icra hakimiyyətinin ətrafında binalar tikiləcək, yeni mərkəz yaradılacaq və Samux şəhəri inkişaf edəcəkdir.
Samux rayonunda sənaye müəssisələri açılır. Bu gün mən meyvəqurutma müəssisəsinin açılışında iştirak etmişəm. Çox gözəl, keyfiyyətli məhsullar istehsal olunur. Mənə verilən məlumata görə, quşçuluq fabriki tikilibdir. Orada da həm iş yerləri açılır, həm də ki, yerli istehsal yaradılır. Elə etməliyik ki, özümüzü maksimum dərəcədə yerli məhsullarla təmin edək. Xüsusilə quşçuluq sahəsində, çünki biz bu sahədə özümüzü hələ 70-75 faiz səviyyəsində təmin edirik. Ona görə quşçuluğun inkişafı indi prioritet xarakter daşıyır. İki-üç ilə biz tamamilə bu sahədə də öz istehsalımızı təmin edəcəyik.
Samuxda qazlaşdırma işləri uğurla davam edir. Mənə verilən məlumata görə, əksər kəndlərdə qazlaşdırma başa çatıbdır. Elektrik enerjisi ilə təchizat yaxşı səviyyədədir. Bu gün mən yeni böyük yardımçı stansiyanın açılışında iştirak edəcəyəm. Həm bütün bölgəyə dayanıqlı elektrik enerjisinin verilməsi üçün bu stansiyanın böyük əhəmiyyəti var, həm də Gəncədə tikilməkdə olan böyük metallurgiya kompleksinin fəaliyyəti üçün mütləq belə bir güc yaradılmalı idi.
Bir sözlə, hər bir rayonda olduğu kimi, Samuxda da quruculuq, abadlıq işləri aparılır, yeni müəssisələr yaradılır, sosial məsələlər öz həllini tapır, rayon abadlaşır, gözəlləşir. Mən hesab edirəm ki, gələcək illərdə bu müsbət dinamika davam etdiriləcəkdir. Çünki bizim həyata keçirdiyimiz bütün layihələr, bütün proqramlar gələcəyə yönəldilibdir. Həm bugünkü uğurlu dinamik inkişafımızı təmin edirik və ən əsası isə, bütün bu işlər uzunmüddətli inkişaf strategiyamız çərçivəsində görülür. İqtisadi inkişaf, sosial məsələlərin həlli, infrastruktur layihələri, abadlıq-quruculuq işləri, yeni müəssisələrin, iş yerlərinin yaradılması – bütün bunlar Azərbaycanda kompleks şəkildə və uğurla icra edilir.
Bu gün mən səhərdən qərb zonasındayam. Böyük işlərin görülməsinin şahidi oluram. Hər dəfə bu bölgədə olarkən sevinirəm ki, qərb zonası çox uğurla inkişaf edir. Həm kənd təsərrüfatı inkişaf edir, sənaye müəssisələri, sosial obyektlər tikilir, həm də yeni parklar, yollar salınır. Biz Bakı-Gürcüstan sərhədi magistral yolunun çəkilişinə nail ola bilmişik, rahat yolla gəlib-getmək mümkündür.
Gələcək illərdə biz ölkəmiz üçün lazım olan bütün layihələri icra edəcəyik. Bir müddət əvvəl Şəmkirçay su anbarının tikintisinə başlamışdıq. Onun istifadəyə verilməsi nəticəsində minlərlə hektar sahə suvarılacaqdır. Təkcə Samux rayonunda 20 min hektardan artıq torpaq istifadəyə veriləcəkdir. Qonşu rayonlarda – Şəmkirdə, digər rayonlarda da suvarılan torpaqların sahəsi artacaq, beləliklə, Azərbaycanda kənd təsərrüfatı daha çox inkişaf edəcəkdir.
Bu yaxınlarda verdiyim tapşırıqlar əsasında indi Azərbaycanda taxılçılığın inkişafı üçün böyük fermer təsərrüfatlarının yaradılmasından ötrü boş torpaq sahələri axtarılır. Yaxın vaxtlarda o torpaqlar müəyyən ediləcək və dövlət tərəfindən bütün infrastruktur təminatı - elektrik enerjisi, su təminatı təşkil ediləcək ki, Azərbaycanda kənd təsərrüfatı, xüsusilə taxılçılıq sahəsində daha da böyük uğurlara nail olaq. Biz elə etməliyik ki, əsas ərzaq məhsulları ilə özümüzü təmin edək. Artıq bu yolda çox böyük uğurlara biz nail olmuşuq. Hazırda bitkiçilikdə və quşçuluq sənayesində özümüzü təmin etmək imkanlarımız təxminən 70 faiz səviyyəsindədir. Ət, süd məhsulları, bitki yağları, şəkər və digər əsas ərzaq məhsulları ilə demək olar ki, biz özümüzü 100 faiz, yaxud da 90-95 faiz təmin edirik. Bu bizə nə verəcək? İlk növbədə, yerli istehsalın inkişafı daha da sürətlə gedəcək, digər tərəfdən, ərzaq təhlükəsizliyimizi təmin edəcəyik. İndi dünyada ərzaq təhlükəsizliyi haqqında ciddi söhbətlər gedir, müzakirələr aparılır. Çox böyük narahatlıq var ki, ərzaq təhlükəsizliyi məsələləri dünya miqyasında qabarıq şəkildə birinci plana çıxa bilər. Belə olan halda, əlbəttə ki, insanlar böyük çətinliklərlə üzləşə bilərlər. Biz elə etməliyik ki, Azərbaycanda istehlak olunan ərzaq məhsullarının 100 faizi ölkəmizdə istehsal olunsun. Bundan əlavə, biz öz məhsullarımızla xarici bazarlara da çıxmalıyıq. Bizim məhsullarımız həm təbiidir, həm keyfiyyətlidir, həm də hazırda yeni texnologiyalar əsasında tikilmiş zavodlar, fabriklər dünya səviyyəli məhsul istehsalına şərait yaradır.
Azərbaycanın hər bir rayonu üzrə konkret proqram var, iş cədvəli var. Yerli icra orqanları bu işləri aparır və aparmalıdırlar. Mərkəzi orqanlar tərəfindən görülən işlər, verilən tövsiyələr, ayrılan vəsait isə əlbəttə ki, bu işlərin daha da səmərəli aparılmasına xidmət göstərir.
Samux rayonuna mən birinci dəfə deyil ki, gəlmişəm, əvvəllər də gəlmişdim. Hər dəfə gələndə sevinirəm ki, burada hansısa bir yeniliyi görürəm, inkişafı, abadlığı görürəm. Bu gün bu inzibati binanın açılışı da, yenə də deyirəm, böyük məna daşıyır. Bu, sadəcə iş yeri deyil, Samux şəhərinin inkişafı üçün, inkişaf etmiş rayona çevrilməsi üçün atılmış vacib addımdır. Sizə yeni uğurlar, cansağlığı arzulayıram. Arzu edirəm ki, Samux rayonunda hər şey yaxşı olsun.
Mayın 8-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı dövlətimizin başçısının Birləşmiş Ərəb...
08 may 2025, 22:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının...
08 may 2025, 16:272025-ci ilin avqust ayında Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın (Fikrət Göyüş oğlu Qocayevin) anadan olmasının 90 ili tamam olur.
Fikrət Qoca milli şeir ənənələrindən və dünya bədii fikrinin...
08 may 2025, 16:25Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin...
08 may 2025, 16:23Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...
08 may 2025, 16:21Hörmətli Zirvə Toplantısının iştirakçıları,
Sizi Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının açılışı münasibətilə səmimiyyətlə...
08 may 2025, 15:05Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə...
08 may 2025, 13:02Hörmətli cənab Baş katib, Sizi Azərbaycanda bir daha salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Sizin səfəriniz Vyetnam-Azərbaycan...
07 may 2025, 18:28