İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb

12 iyun 2015, 17:30
İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb

Prezident İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Hörmətli Qurbanqulu Məlikquliyeviç, Sizi ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Şadıq ki, bizim üçün çox önəmli gündə qonağımızsınız. Bu, bir daha dostluğumuzu, qardaşlığımızı ifadə edir. Türkmənistan ilə Azərbaycan arasındakı əlaqələr məhz dostluq, qardaşlıq əsasında qurulub. Xalqlarımız da daim bir yerdə yaşamışlar, yaratmışlar, bir-birinə arxa-dayaq olmuşlar. Bu gün iki müstəqil dövlət kimi Türkmənistan və Azərbaycan uğurla inkişaf edir. Biz sizin uğurlarınızı məmnunluqla qeyd etmək istəyirik. Bu, bizi çox şad edir. Sizin rəhbərliyinizlə Türkmənistan inkişaf yolu ilə uğurla gedir. Əminəm ki, gələcəkdə bizim dostluğumuz, qardaşlığımız daha da möhkəmlənəcək. Sizin bu gün Bakıda olmağınız özlüyündə bir nümunədir, göstəricidir.

Bir daha Sizi ürəkdən salamlayıram. Xahiş edirəm ki, mənim ən xoş arzularımı qardaş türkmən xalqına çatdırasınız.

X X X

Türkmənistan Prezidenti Qurbanqulu BERDİMƏHƏMMƏDOV “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Türkmənistan Prezidenti birinci Avropa Oyunlarının çox əhəmiyyətli və vacib idman tədbiri olduğunu qeyd etdi. Ölkələrimizin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə yüksək səviyyədə əməkdaşlıq etdiyini bildirən Türkmənistan dövlətinin başçısı ümumi tarix, dil və mənəvi dəyərlərin mövcudluğunun ikitərəfli əlaqələri daha da genişləndirməyə kömək etdiyini dedi. Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın bitərəfliyi ilə bağlı BMT-nin ikinci qətnaməsinin qəbul edildiyini deyərək Azərbaycanın bu sənədi dəstəkləyən ilk ölkələrdən olduğunu vurğuladı. Türkmənistan dövlətinin başçısı bu ilin dekabrında ölkəsinin bitərəfliyinin 20 illiyi ilə bağlı keçiriləcək konfransa Azərbaycan Prezidentini dəvət etdi.

Qurbanqulu Berdiməhəmmədov 2017-ci ildə Türkmənistanda qapalı məkanlarda döyüş növləri üzrə 5-ci Asiya Oyunlarının keçiriləcəyini diqqətə çatdırdı.

SƏNƏDLƏR Sərəncamlar 06 may 2025
16:06
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin, apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin və bəzi birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun...

06 may 2025, 16:06
SƏNƏDLƏR Fərmanlar 06 may 2025
16:04
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam...

06 may 2025, 16:04
SƏNƏDLƏR Fərmanlar 06 may 2025
16:02
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam Respublikasının Gömrük Xidməti (Federal Gəlirlər Şurası) arasında ilkin elektron məlumat mübadiləsinin yaradılması haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam...

06 may 2025, 16:02
SƏNƏDLƏR Fərmanlar 05 may 2025
16:00
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası...

05 may 2025, 16:00
SƏNƏDLƏR Fərmanlar 05 may 2025
15:53
“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 183-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22...

05 may 2025, 15:53
SƏNƏDLƏR Fərmanlar 05 may 2025
15:49
“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 164-VIIQD nömrəli Qanununun tətbiqi və “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 903 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1...

05 may 2025, 15:49