Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qaukdan

15 may 2015, 12:00

Hörmətli cənab Prezident,

Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Ölkələrimiz arasında ənənəvi sıx və etibarlı əlaqələr son aylarda, xüsusilə Sizin Almaniyaya sonuncu səfərinizdən sonra daha da güclənmişdir. Mən Azərbaycanın Almaniya və Avropa İttifaqı ilə tərəfdaşlığını genişləndirməyə hazır olduğunu alqışlayıram. “Cənub” qaz dəhlizinin genişləndirilməsində ölkənizin öz üzərinə götürdüyü əsas rol bu tərəfdaşlığın əyani təsdiqidir.

Bir neçə həftədən sonra Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi edərək diqqət mərkəzində olacaqdır. Bununla əlaqədar mən Sizi Avropa dəyərlərinə qoşulmağınızı ölkədaxili islahatların davam etdirilməsi ilə möhkəmləndirməyə ruhlandırmaq istərdim. Almaniya bu yolda Azərbaycanı etibarlı tərəfdaş kimi hər zaman dəstəkləyib və dəstəkləyəcəkdir. Bu istiqamətdə açıq dialoqun davam etdirilməsi böyük əhəmiyyətə malikdir.

Sizə, ailənizə və Azərbaycan xalqına möhkəm sülh, azadlıq və rifah dolu gələcək arzulayıram.

Yoaxim Qauk

Almaniya Federativ Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55