İlham Əliyev Moskvada Qələbənin 70 illiyi münasibətilə keçirilən bayram tədbirlərində iştirak edib

09 may 2015, 13:35
İlham Əliyev Moskvada Qələbənin 70 illiyi münasibətilə keçirilən bayram tədbirlərində iştirak edib

Moskvada 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə bayram tədbirləri keçirilib.

Rusiya Federasiyasına işgüzar səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bayram tədbirlərində iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Rusiya dövlətinin başçısı Vladimir Putin Kremldə qarşıladı. 

Fəxri qonaqlar bayram təntənələrinin keçirildiyi Qızıl meydana gəldikdən sonra hərbi parad başladı.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Quru Qoşunlarının Baş komandanı Oleq Salyukov paradı qəbul etdilər. 

Mərasim iştirakçılarını təbrik edən Rusiya Prezidenti Vladimir Putin dünya əhalisinin 80 faizinin cəlb olunduğu İkinci Dünya Müharibəsində qazanılan qələbədə keçmiş sovet xalqlarının, həmçinin antihitler koalisiyasını təmsil edən ölkələrin xidmətlərinin heç vaxt unudulmayacağını bildirdi. Qələbə gününün həmin xalqların və dövlətlərin ümumi bayramının olduğunu vurğulayan Vladimir Putin bildirdi ki, heç vaxt unudulmayacaq bu tarix müasir dövr üçün də bir örnəkdir. 

Daha sonra paradda hərbçilərin təntənəli keçidi başladı. Meydana MDB və antihitler koalisiyası ölkələrinin hərbçiləri daxil oldu. Dəstənin önündə Azərbaycan hərbçiləri gedirdi. Mayor Mehdi Mahmudovun rəhbərliyi ilə 70 Azərbaycan hərbçisindən ibarət parad heyəti Qızıl meydanda tribunalar qarşısından keçdi.

Azərbaycanlı zabit və əsgərlər faşizm üzərində Qələbənin əldə olunmasında müstəsna və tarixi rol oynayıblar, ən ağır döyüşlərdən qəhrəman kimi çıxıblar. Odur ki, tarixi Qələbənin qazanılmasında ölkəmizin əvəzsiz xidmətləri danılmazdır. O vaxt Sovet İttifaqının tərkibində olan Azərbaycandan cəbhəyə 700 minə yaxın hərbçi yollandı. Böyük Qələbənin qazanılmasında misilsiz xidmətlər göstərən hərbçilərimizin 300 mini döyüş meydanlarında həlak oldu. 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edildi, 170 min əsgər və zabitimiz isə müxtəlif orden və medallarla mükafatlandırıldılar.

Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi, yüzlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşdu. Azərbaycanın əsgər və zabitləri Brest, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorus, Pribaltika cəbhələrində cəsarətlə vuruşdular. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli diviziyalar Simferepolun, Odessanın, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya isə Yuqoslaviyanın azadlığı uğrunda fəal iştirak etdilər.

X X X

Faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə keçirilən hərbi parad zirehli texnikanın keçidi ilə davam etdi. Dəstənin önündə əfsanəvi “T-34” tankı gedirdi. Bundan əlavə, paradda nümayiş etdirilən çoxsaylı döyüş maşınları arasında Rusiya istehsalı olan “Armata” ağır zirehli piyada maşını, həmçinin “Yarus” raket kompleksinin ilk nümunələri, raket kompleksləri də var idi. 

Qeyd edək ki, Qələbənin qazanılmasında yalnız qəhrəman övladlarımız deyil, həm də Azərbaycan neftinin böyük rolu olub. Bakı neftinin Böyük Vətən müharibəsinin taleyini həll etməsi fikri elə müharibənin ilk illərində öz təsdiqini tapıb. Düz 5 il Bakı nefti ön və arxa cəbhəni yüksək keyfiyyətli yanacaqla təmin edib. Müharibə dövründə SSRİ-də ümumilikdə 110 milyon ton neft çıxarılıb. Bu neftin 75 milyon tonunu, cəbhəyə göndərilən neft məhsullarının isə 85-90 faizini Azərbaycan verib. Ön cəbhədəki hər 4 tankdan 1-i, təyyarələrin böyük əksəriyyəti Azərbaycan nefti ilə hərəkət edib. Məhz bu səbəbdən də Bakını İkinci Dünya müharibəsinin taleyini həll edən şəhər adlandırırlar. Bakı neftinin müharibənin gedişi üçün həlledici rol oynadığını yaxşı bilən Hitler məhz buna görə Almaniyanın birinci tank ordusuna 1942-ci il sentyabrın 25-də Bakını zəbt etmək əmrini vermişdi. Hitler “Qafqaza hücuma başlayanda biz mütləq Bakını tutmalıyıq, əgər biz Bakı neftini ələ keçirməsək müharibəni uduzacağıq”, - demişdi. Düşmən 1942-ci ildə 71, 1943-cü ildə 3 dəfə Bakı səmasını zəbt etməyə çalışıb. Qəhrəman təyyarəçilərimiz isə bu hücumların qarşısını alır, düşmənin 96 təyyarəsini məhv edirlər. Burada daha bir məqamı da xüsusi vurğulamaq lazımdır. Bakının neft emalı müəssisələri alimlərin və mühəndis-texniki işçilərin səyi nəticəsində cəbhə üçün yüksək oktanlı benzin istehsalını da uğurla həyata keçirdilər. 1941-ci ilin yayında Bakıda ilk hidrogen birləşmələri qrupu hazırlandı. Akademik Yusif Məmmədəliyevin başçılığı altında bir qrup alim 28 gün laboratoriyadan çıxmayaraq neft-kimya elmində böyük nailiyyət hesab edilən yüksək oktanlı aviasiya yanacağı əldə etdilər. Bu, müharibədə motorlar döyüşündə ciddi dönüşə səbəb oldu.

Parad zamanı Moskva səmasında hərbi hava qüvvələrinin də nümunəvi çıxışları oldu. Onların arasında “TU-160” strateji bombardmançı, dünyanın “AN-124”, “Ruslan” kimi ən böyük hərbi nəqliyyat təyyarələri də var idi. Rusiyanın məşhur “SU-24”, “SU-34” və “MİQ-29” qırıcılarının pilot qrupları da səmada öz məharətlərini nümayiş etdirdilər. 

Havada yanacaq dolduran təyyarələrin çətin tapşırığı məharətlə yerinə yetirməsi və hərbi vertolyotların manevrləri maraqla qarşılandı. On beş təyyarədən ibarət dəstə Qələbənin yubiley rəmzi olan 70 rəqəmini səmaya yazdılar. 

Hərbi paraddan sonra dövlət və hökumət başçıları Naməlum Əsgər abidəsi önünə əklil qoydular. 

Sonra birgə xatirə şəkli çəkdirildi. 

X X X

Bununla da Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatdı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:58
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 152-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının...

17 aprel 2025, 16:58
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:56
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 17-ci və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr...

17 aprel 2025, 16:56
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:54
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 160-VIIQD nömrəli Qanununun tətbiqi və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 126 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi...

17 aprel 2025, 16:54
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:52
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər...

17 aprel 2025, 16:52
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:50
“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan...

17 aprel 2025, 16:50
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:48
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 142-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral...

17 aprel 2025, 16:48
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:42
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanlarında və “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2021-ci il 9 aprel tarixli 2570 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə” 2021-ci il 4 dekabr tarixli 3025 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında”...

17 aprel 2025, 16:42