İlham Əliyev “Microsoft” Korporasiyasının vitse-prezidenti Jan-Filip Kurtua ilə görüşmüşdür

27 yanvar 2011, 22:50
İlham Əliyev “Microsoft” Korporasiyasının vitse-prezidenti Jan-Filip Kurtua ilə görüşmüşdür

Prezident İlham Əliyev Davosda “Microsoft” Korporasiyasının vitse-prezidenti və “Microsoft İnternational” şirkətinin prezidenti Jan-Filip Kurtua ilə görüşmüşdür.

Jan Filip Kurtua Prezident İlham Əliyev ilə bundan əvvəlki görüşünü xatırladaraq təmsil etdiyi şirkətin ölkəmizdə səmərəli fəaliyyət göstərməsi üçün verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlıq etdi. O, neft gəlirlərinin insan kapitalına çevrilməsi ilə bağlı Azərbaycan Prezidentinin fikirlərinin və ölkəmizdə təhsil sisteminin inkişafına böyük həcmdə investisiyaların qoyulmasının önəmini vurğuladı.

Prezident İlham Əliyev “Microsoft” şirkətinin Azərbaycanda fəaliyyətinin genişlənməsində və ölkəmizin bu şirkətlə əməkdaşlıqda maraqlı olduğunu deyərək bildirdi ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sistemi inkişaf edir və “Microsoft” şirkətinin ölkəmizdə daha geniş fəaliyyəti üçün yaxşı imkanlar vardır.

Görüşdə Azərbaycanın indiki inkişaf tempinin və Prezident İlham Əliyevin bununla bağlı həyata keçirdiyi fəaliyyətin nəticələrinin “Microsoft” ilə əməkdaşlığın dərinləşməsi üçün geniş imkanlar açdığı vurğulandı.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55