15:05

Prezident İlham Əliyev Uruqvay Şərq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Anibal Kabral Seqalerbanın etimadnaməsini qəbul edib.
Səfir Anibal Kabral Seqalerba fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Anibal Kabral Seqalerba etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən investisiya qoyuluşu, müştərək layihələrin icrası və digər sahələrdə inkişafı üçün yaxşı potensialın olduğunu vurğuladı. Prezident İlham Əliyev müxtəlif səviyyəli görüşlər zamanı əməkdaşlığımızın siyasi, iqtisadi və digər sahələrdə genişləndirilməsi ilə bağlı müzakirə olunan məsələlərin önəmini qeyd etdi.
Səfir Anibal Kabral Seqalerba Uruqvay Şərq Respublikasının Prezidenti Tabare Vaskesin salamlarını dövlət başçısına çatdırdı. İkitərəfli əlaqələrin inkişafına toxunan səfir parlamentlərarası əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğuladı.
Ölkəsinin Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyən diplomat Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın sərmayə qoyuluşu, ticarət, mədəni əlaqələr və digər sahələrdə genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.
Dövlət başçısı Prezident Tabare Vaskesin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Uruqvay Şərq Respublikası dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel...
09 may 2025, 10:56Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
09 may 2025, 10:54Hörmətli cənab Federal Kansler,
Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar...
09 may 2025, 10:52Hörmətli cənab Prezident,
Ekvador Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Ekvador arasında dostluq...
09 may 2025, 10:50Zati-müqəddəsləri.
Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi,...
09 may 2025, 10:40