İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

28 mart 2015, 18:00
İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev İrlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Brendan Uardın etimadnaməsini qəbul edib.

Səfir Brendan Uard fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Brendan Uard etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Görüşdə Azərbaycan ilə İrlandiya arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi, ticarət, sərmayə qoyuluşu, birgə layihələrin həyata keçirilməsi, digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi və bu istiqamətlərdə işlərin həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Bakıda Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı məsələlər ətrafında söhbət zamanı səfir bu Oyunlara ölkəsinin idmançılarının hazırlıqları barədə Prezident İlham Əliyevə məlumat verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55