Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

06 yanvar 2015, 18:35

Ölkəmizdə əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 2007-2014-cü illərdə 20 rayonun 272 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmış, daha 48 yaşayış məntəqəsində belə qurğuların quraşdırılması işləri aparılır. Bununla da icra edilməkdə olan layihələr hesabına 320 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmaqla, keyfiyyətli içməli su ilə təmin edilmiş əhalinin sayı 500 mini ötəcəkdir. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirləri davam etdirmək məqsədi ilə qərara alıram:

1. Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədi ilə Ağsu, Füzuli, Göyçay, İmişli, Kürdəmir, Qax, Sabirabad, Şəki, Ucar və Zaqatala rayonlarının 40 mindən çox əhalisi olan 50 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 yanvar 2015-ci il.

SƏNƏDLƏR Sərəncamlar 15 sentyabr 2026
16:00
A.N.Əsgərovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:                        

Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Pre...

15 sentyabr 2026, 16:00
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 14 sentyabr 2026
19:40
Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş zamanı “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatını dövlətimizin başçısına təqdim edib

Sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş zamanı “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatını dövlətimizin başçısına təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliy...

14 sentyabr 2026, 19:40
SƏNƏDLƏR Sərəncamlar 11 sentyabr 2026
17:21
“Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, azad rəqabət mühitini gücləndirmək, inhisarçılıq fəaliyyətini aradan qaldırmaq, biznes və investisiya imkanlarını genişləndirmək, milli iqtisadiyyatın dayanıqlı inkiş...

11 sentyabr 2026, 17:21
SƏNƏDLƏR Sərəncamlar 11 sentyabr 2026
17:20
F.R.Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                               

Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin ed...

11 sentyabr 2026, 17:20
SƏNƏDLƏR Fərmanlar 11 sentyabr 2026
17:19
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm M...

11 sentyabr 2026, 17:19