İlham Əliyev paytaxtda təşkil edilmiş gül bayramında iştirak etmişdir

10 may 2010, 11:10
İlham Əliyev paytaxtda təşkil edilmiş gül bayramında iştirak etmişdir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda möhtəşəm gül bayramı təşkil edilmişdir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva gül bayramında olmuşlar.

Dövlət başçısına məlumat verildi ki, səhər tezdən başlayaraq paytaxt sakinləri Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə xarici ölkələrdən gətirilmiş gül-çiçəklə bəzədilən parka gəlirlər. Gül bayramında dünyanın bir çox ölkələrindən gətirilmiş müxtəlif güllərdən istifadə olunmuşdur.

Prezident İlham Əliyev və xanımı ulu öndərin abidəsini ziyarət etdilər, gül-çiçəyə qərq olmuş parkın gözəlliyi ilə tanış oldular.

Dövlət başçısı və xanımı ümummilli lider Heydər Əliyevin güllərdən yığılmış portreti önündə xatirə şəkli çəkdirdilər.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo