İlham Əliyev Bakı Ticarət Limanının yaxınlığında yeni parkın açılışında iştirak etmişdir

29 dekabr 2010, 21:00
İlham Əliyev Bakı Ticarət Limanının yaxınlığında yeni parkın açılışında iştirak etmişdir

Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə dekabrın 29-da Bakı Ticarət Limanının yaxınlığında yeni parkın açılışında iştirak etmişdir.

Bakı Ticarət Limanının ərazisindəki yeni parkda tikinti işləri Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi tapşırıqlara əsasən həyata keçirilmişdir. Dövlətimizin başçısı həmin iclasda yeni beynəlxalq ticarət limanının inşa olunacağını vurğulayaraq əvvəlki ticarət limanının yerində abadlıq və quruculuq işlərinin aparılması və burada müasir tələblərə cavab verən yeni istirahət guşələrinin yaradılmasının zəruriliyini bildirmişdi. Həyata keçirilən yenidənqurma işləri Dənizkənarı Milli Parkın hər iki istiqamətə uzadılacağını nəzərdə tuturdu. Prezident İlham Əliyevin tapşırıqları qısa vaxt ərzində ən müasir standartlara uyğun şəkildə həyata keçirilmişdir.

Dövlət başçısına görülən abadlıq və quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq əvvəlki limanın üç hektarlıq ərazisində abadlıq və yenidənqurma işləri aparılmış, qısa vaxt ərzində bura paytaxt əhalisinin və respublikamıza gələn qonaqların hərtərəfli istirahəti üçün hər cür şəraiti olan istirahət guşəsinə çevrilmişdir. Parkın ərazisində yeni yaşıllıq zolaqları salınmış, müasir oturacaqlar quraşdırılmışdır. Yeni parkda uşaqların əylənməsi üçün ən müasir standartlara cavab verən qurğular quraşdırılmış, əhaliyə nümunəvi xidmət göstərmək üçün müxtəlif obyektlər yaradılmışdır. Tərtibatı ilə paytaxta xüsusi yaraşıq verən parkda yeni fəvvarələr inşa edilmiş, su keçidləri salınmışdır. Parkın işıqlandırma sistemi ən müasir standartlar səviyyəsindədir. İstirahət guşəsində, həmçinin ən hündür Yeni il bayramı yolkası ucaldılmışdır. Bayram yolkasının ətrafında isə uşaqların və yeniyetmələrin əylənməsi üçün süni buz örtüyü quraşdırılmışdır.

Prezident İlham Əliyev parkda əhaliyə xidmət göstərəcək istirahət obyektlərinin şəraiti ilə də maraqlandı.

Dövlət başçısı və ailə üzvləri yeni istirahət guşəsində yaradılan şəraitlə yaxından tanış oldular.

Yeni parkın istifadəyə verilməsi paytaxt sakinlərinə Azərbaycan Prezidentinin bayram hədiyyəsi oldu.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Qanunlar 10 iyun 2025
15:42
“Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

PDF yükləyin

10 iyun 2025, 15:42
SƏNƏDLƏR Qanunlar 10 iyun 2025
15:40
“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikası...

10 iyun 2025, 15:40
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28