İlham Əliyev Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının iştirakçılarının şərəfinə verilən ziyafət mərasimində iştirak edib

21 noyabr 2014, 23:20
İlham Əliyev Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının iştirakçılarının şərəfinə verilən ziyafət mərasimində iştirak edib

Heydər Əliyev Mərkəzində “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən Bakıda keçirilən Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının iştirakçılarının şərəfinə ziyafət verilib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzinə gəldilər. Dövlət başçısı və xanımı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki ilə görüşdülər.

Sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış oldular. Məlumat verildi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan bu Mərkəz dünya memarlığının nadir incilərindəndir. Fəaliyyətə başladığı vaxtdan Heydər Əliyev Mərkəzi Bakıda keçirilən çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Qonaqlara Mərkəzdəki Heydər Əliyev Muzeyinin fəaliyyəti barədə də məlumat verildi. Bildirildi ki, bu muzey 2013-cü ildə fəaliyyətə başlayıb. Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarının əks olunduğu muzeydə ona aid fotoşəkillər, sənədlər və əşyalarla yanaşı, vaxtilə istifadəsində olan avtomobillər də saxlanır. O da qeyd olundu ki, Heydər Əliyev Mərkəzi Azərbaycan tarixini, adət-ənənələrini öyrənmək və təbliğ etmək istiqamətində bir sıra layihələr həyata keçirir. Bu baxımdan Mərkəzdə təşkil olunan sərgi zallarında Azərbaycan tarixini və mədəniyyətini əks etdirən ekspozisiyalar təqdim olunur, bu da ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir məlumatlar verir.

Qonaqlar “Mini Azərbaycan” sərgi zalında da oldular. Bildirildi ki, bu layihə paytaxt Bakı və regionlardakı tarixi memarlıq abidələrinin tanıdılması baxımından xüsusi önəm kəsb edir. Hazırda sərgidə onlarla tarixi binanın və memarlıq nümunəsinin maketi təqdim edilir. Ziyarətçilərə hər bir bina, onun memarlıq üslubu haqqında məlumatlar, maraqlı faktlar çatdırılır.

Daha sonra “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən Avropa Olimpiya Komitəsinin Bakıda keçirilən 43-cü Baş Assambleyasının iştirakçılarının şərəfinə verilən ziyafət mərasimi başladı.

Əvvəlcə Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı videotəqdimat oldu.

Avropa Olimpiya Komitəsinin nümayəndəsi Con Tibbs Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının yüksək səviyyədə təşkil olunmasına görə bir daha minnətdarlığını bildirdi. Qeyd etdi ki, bugünkü mərasimin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada Avropanın ən yaxşı atletlərinə “Pyotr Nurovski” mükafatının təqdim olunmasıdır. Con Tibbs vurğuladı ki, Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin keçmiş üzvü, Polşa Olimpiya Komitəsinin prezidenti vəzifəsində çalışmış mərhum Pyotr Nurovskinin xatirəsinin əbədiləşdirilməsi üçün təsis olunan bu mükafat idmançıların qazandığı uğurların yüksək səviyyədə tanınmasına xidmət edir, atletlərə daha güclü rəqabət aparmaq üçün stimul verir.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də çıxışında idmançılara uğurlar arzuladı. Bildirdi ki, bu mükafat idmançıları daha yüksək nailiyyətlər qazanmağa həvəsləndirir. Bununla belə, gənc nəsli Olimpiya dəyərləri və prinsipləri əsasında daha sağlam həyat tərzi keçirməyə dəvət edir.

Sonra Avropa Olimpiya Komitəsinin “Pyotr Nurovski” mükafatının verilməsi mərasimi başladı. İtaliyadan olan üzgüçü Simone Sabioni 5 idmançı arasından Avropanın ən yaxşı atleti seçilərək “Pyotr Nurovski” mükafatının qalibi elan olundu. Qalan idmançılara da Avropa Olimpiya Komitəsinin mükafatları təqdim edildi. Müxtəlif ölkələrin Milli Olimpiya komitələrinin nümayəndələri qalib idmançıları təbrik edərək onlara yeni müvəffəqiyyətlər arzuladılar.

Xatirə şəkli çəkdirildikdən sonra tədbir ziyafət mərasimi və konsert proqramı ilə davam etdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 13 may 2025
16:59
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi...

13 may 2025, 16:59
SƏNƏDLƏR Sərəncamlar 13 may 2025
16:57
B.V.Əhmədovun Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsini rəhbər tutaraq qərara alıram:

1. Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin...

13 may 2025, 16:57
SƏNƏDLƏR Sərəncamlar 12 may 2025
15:27
“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29...

12 may 2025, 15:27
SƏNƏDLƏR Fərmanlar 12 may 2025
15:25
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

12 may 2025, 15:25
SƏNƏDLƏR Qanunlar 12 may 2025
15:23
“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

12 may 2025, 15:23