19:10

Uzun illərdir Azərbaycanın qədim bölgələrində aparılan və bu gün də davam etdirilən arxeoloji qazıntılar sirli tariximizin maraqlı səhifələrini açaraq dünyaya nümayiş etdirir. Arxeoloji qazıntıların aparıldığı bölgələrimizdən biri də təqribən 800 il Qafqaz Albaniyasının paytaxtı olan Qəbələdir. Bu bölgədə arxeoloji tədqiqatlar 1926-cı ildən başlayaraq müəyyən fasilələrlə, 1959-cu ildən isə ardıcıl şəkildə aparılır. Qəbələnin zəngin tarixinin üzə çıxarılmasında son illərdə SEBA - Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər mühüm yer tutur. Son illərdə azərbaycanlı alimlərin koreyalı mütəxəssislərlə birgə apardıqları arxeoloji tədqiqatlar və qazıntılar nəticəsində Qəbələ tarixinin açılmamış yeni səhifələri ortaya çıxıb. Bu məlumatlarla SEBA-nın dəstəyi ilə tikilən Qəbələ Arxeoloji Mərkəzində tanış olmaq mümkündür.
Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü və Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri İlyas Babayev Prezident İlham Əliyevə mərkəzdə görülən işlərlə bağlı ətraflı məlumat verdi.
Bildirildi ki, Qəbələ Arxeoloji Mərkəzinin üçmərtəbəli binası sərgi salonu, arxeoloji fond, bərpa laboratoriyası, konfrans zalı və arxeoloqların çalışdığı otaqlardan ibarətdir. Burada, həmçinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun ofisi də fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev mərkəzin sərgi salonu ilə tanış oldu.
Burada toplanan zəngin eksponatlar bir daha sübut edir ki, Qəbələnin tarixi keçmişi də təbiəti qədər zəngindir və Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Bu yurdun adı çəkiləndə ilk öncə qədim Qafqaz Albaniyasının uzun bir dövr ərzində paytaxtı olmuş Qəbələ şəhəri və onun bu günə gəlib çatmış möhtəşəm qala divarları xatırlanır. Rayon mərkəzindən 20 kilometr cənub-qərbdə, indiki Çuxur Qəbələ kəndinin şimal-şərq hissəsində Corlu və Qara çaylarının suayrıcında yerləşən qədim Qəbələ şəhəri öz möhtəşəmliyi, mühüm siyasi, iqtisadi və ticarət mərkəzi kimi dünyanın Babil, Troya, Pompey, Karfagen və digər mühüm şəhərləri ilə müqayisə olunur. Burada aparılan çoxillik arxeoloji tədqiqatlar nəticəsində antik dövrə aid böyük binaların, qala divarlarının qalıqları, istehsal və sənətkarlıqla bağlı maddi-mədəniyyət abidələri aşkara çıxarılıb.
2400 illik tarixi olan, qədim “İpək yolu”nun üzərində yerləşən Qəbələ şəhərinin adı hələ eramızın I əsrində yaşamış Roma alimi Böyük Plininin “Təbii tarix” əsərində Kabalaka adlandırılıb. Yunan coğrafiyaşünası Ptolemey Qəbələni Xabala, ərəb tarixçisi Bəlazuri isə Xəzər kimi təqdim edib. İlk dəfə Azərbaycan alimi Abbasqulu Ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində Kabala və ya Xabalanın Qəbələ olduğunu göstərib. Beləliklə, əsrlər boyu Azərbaycan torpaqlarına göz dikən yadelli işğalçıların amansız hücumlarına mərdliklə sinə gərən Qəbələ şəhəri tarixin yaddaşına alınmaz, məğlubedilməz qala-şəhər kimi daxil olub. Məhz bu amil şəhərdə zəngin maddi-mədəniyyət abidələrinin yaranmasına rəvac verib. Qəbələ Arxeoloji Mərkəzi də şəhərin tarixi keçmişini və bu gününü öyrənmək, qoruyub saxlayaraq gələcək nəslə çatdırmaq baxımından əvəzedilməz məkandır.
Diqqətə çatdırıldı ki, artıq bir neçə ildir rayonda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ arxeoloji qrupu və SEBA-nın dəstəyi ilə Koreya arxeoloqları birgə qazıntı işləri həyata keçirirlər. Arxeoloji qazıntılar əsasən Qəbələnin antik şəhər yeri, Səlbir və Qala ərazilərində aparılır. Qazıntılar zamanı əldə olunan 1500-ə yaxın eksponat sərgidə nümayiş etdirilir. Əldə olunan yeni eksponatlar Arxeoloji Mərkəzdə ən müasir texnologiyalara cavab verən laboratoriyalarda bərpa olunduqdan sonra nümayiş etdirilir. Əldə edilən bütün eksponatlar haqqında dövri hesabatlar və tapıntı kitabları nəşr olunub.



















Hörmətli cənab Prezident.
Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Polşa xalqına öz adımdan və Azər...
10 noyabr 2026, 11:41Hörmətli cənab Prezident.
Əziz Qardaşım.
İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların...
10 noyabr 2026, 11:39Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmət...
09 noyabr 2026, 14:00Əlahəzrət,
Kamboca Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Kamboca arasında münasibətlərin yüksələn x...
09 noyabr 2026, 11:22