Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına general-leytenant hərbi rütbəsi verilsin:
Mirzəyev Etibar Böyükbəy oğlu -fövqəladə hallar nazirinin müavini
Lətifov Ragim Əhəd oğlu -fövqəladə hallar nazirinin müavini;
2. Fövqəladə hallar nazirinin müavini Faiq Cavad oğlu Tağı-zadəyə tibb xidməti general-leytenantı hərbi rütbəsi verilsin;
3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına general-mayor hərbi rütbəsi verilsin:
Aşurlu Kənan Məhərrəm oğlu -Bakı Regional Mərkəzinin rəisi
Hüseynov Elşad Məmmədəli oğlu-Fövqəladə halların xəbərdar edilməsi
Baş idarəsinin rəisi
Nağıyev Nağı Cabbar oğlu -Maliyyə-iqtisadiyyat Baş idarəsinin
rəisi
Şirinova Sevda Azər qızı -Kadr siyasəti Baş idarəsinin rəisi.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 dekabr 2010-cu il.