logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Text size icon-size icon-size

13 dekabr 2010, 19:09

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına general-leytenant hərbi rütbəsi verilsin:

Mirzəyev Etibar Böyükbəy oğlu -fövqəladə hallar nazirinin müavini
Lətifov Ragim Əhəd oğlu -fövqəladə hallar nazirinin müavini;

2. Fövqəladə hallar nazirinin müavini Faiq Cavad oğlu Tağı-zadəyə tibb xidməti general-leytenantı hərbi rütbəsi verilsin;

3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına general-mayor hərbi rütbəsi verilsin:

Aşurlu Kənan Məhərrəm oğlu -Bakı Regional Mərkəzinin rəisi

Hüseynov Elşad Məmmədəli oğlu-Fövqəladə halların xəbərdar edilməsi
Baş idarəsinin rəisi

Nağıyev Nağı Cabbar oğlu -Maliyyə-iqtisadiyyat Baş idarəsinin
rəisi

Şirinova Sevda Azər qızı -Kadr siyasəti Baş idarəsinin rəisi.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 dekabr 2010-cu il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi