İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Heydər Əliyev Mərkəzində olmuşlar

14 iyun 2014, 23:35
İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Heydər Əliyev Mərkəzində olmuşlar

İlham Əliyev Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə birlikdə Heydər Əliyev Mərkəzini gəzdilər.

Mərkəzin fəaliyyəti ilə tanış olan qonaq əvvəlcə 1969-cu ildən 2003-cü ilədək Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxdı. Ulu Öndərin xatirəsinin əbədiləşdirildiyi muzey təşkil olunarkən burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilmişdir.

Mərkəzdə “Azərbaycan inciləri” sərgisi də fəaliyyət göstərir. Bölmədə Azərbaycan tarixini və mədəniyyətini əks etdirən, ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur.

Prezident İlham Əliyev və Joze Manuel Barrozu Mərkəzdə məşhur britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisinə də baxdılar. Sərgidə heykəltəraşın bir-birindən maraqlı əsərləri nümayiş olunur.

Sonra qonaq Mərkəzin “Auditorium” və konfrans zallarına baxdı.

Daha sonra Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Heydər Əliyev Mərkəzinin parkında tanınmış fransız rəssam və heykəltəraş Lorens Cenkellin fərdi sərgisi ilə tanış oldular. Burada nadirliyi ilə fərqlənən və müxtəlif ölkələrin bayraqlarını özündə təcəssüm etdirən kompozisiyalar nümayiş olunur.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 08 may 2025
16:27
Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının...

08 may 2025, 16:27
SƏNƏDLƏR Sərəncamlar 08 may 2025
16:21
Azərbaycan Respublikasının mədəniyyət və elm xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...

08 may 2025, 16:21