İlham Əliyev Almaniyanın keçmiş xarici işlər naziri Hans-Ditrix Genşerini qəbul etmişdir

23 noyabr 2010, 17:48
İlham Əliyev Almaniyanın keçmiş xarici işlər naziri Hans-Ditrix Genşerini qəbul etmişdir

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının keçmiş xarici işlər naziri, Almaniya hökumət koalisiyasına daxil olan Azad Demokrat Partiyasının fəxri sədri Hans-Ditrix Genşerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Almaniya Federativ Respublikasının keçmiş xarici işlər naziri Hans-Ditrix Genşer ölkəmizdə gedən böyük inkişaf prosesləri barədə məlumatlı olduğunu və səfər müddətində Azərbaycanda sürətli iqtisadi inkişafın şahidi olduğunu dedi və bu inkişafın onda dərin təəssürat yaratdığını qeyd etdi. Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinə toxunan qonaq bu sahədə əldə edilən uğurların əhəmiyyətini vurğuladı.

Dövlət başçısı son illər Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərindən danışdı. Azərbaycan iqtisadiyyatının ən sürətlə artan iqtisadiyyat olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların önəmini qeyd etdi.

Görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlər, energetika sahəsi və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 

SƏNƏDLƏR Sərəncamlar 02 may 2025
16:31
Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi...

02 may 2025, 16:31
SƏNƏDLƏR Fərmanlar 01 may 2025
16:15
“Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” 2018-ci il 13 mart tarixli 3787 nömrəli, “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2019-cu il 18 iyun tarixli 1268 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

PDF yükləyin

01 may 2025, 16:15
SƏNƏDLƏR Qanunlar 01 may 2025
16:13
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”...

01 may 2025, 16:13
SƏNƏDLƏR Sərəncamlar 01 may 2025
13:30
Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı...

01 may 2025, 13:30
SƏNƏDLƏR Fərmanlar 30 aprel 2025
16:53
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

30 aprel 2025, 16:53