İlham Əliyev Zimbabvenin xarici işlər nazirini qəbul etmişdir

10 aprel 2014, 13:15
İlham Əliyev Zimbabvenin xarici işlər nazirini qəbul etmişdir

Prezident İlham Əliyev Zimbabve Respublikasının xarici işlər naziri Simbaraşe Mumbengegvini qəbul etmişdir.

Dövlət başçısı Zimbabvenin xarici işlər naziri Simbaraşe Mumbengegvinin ölkəmizdəki görüşlərinin məhsuldar keçəcəyinə və səfərin Azərbaycan ilə Zimbabve arasında ikitərəfli əlaqələrin inkişafı ilə bağlı yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından önəmli olacağına inandığını bildirdi.

Nazir Simbaraşe Mumbengegvi Zimbabve Respublikasının Prezidenti Robert Muqabenin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı.

Dövlət başçısı Prezident Robert Muqabenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Zimbabve dövlətinin başçısına çatdırmağı xahiş etdi.

SƏNƏDLƏR Fərmanlar 17 may 2025
12:42
Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

17 may 2025, 12:42