İlham Əliyevin və İran Prezidenti Mahmud Əhmədinejadın geniş tərkibdə danışıqları olmuşdur

17 noyabr 2010, 14:13
İlham Əliyevin və İran Prezidenti Mahmud Əhmədinejadın geniş tərkibdə danışıqları olmuşdur

Prezident İlham Əliyevin və İran Prezidenti Mahmud Əhmədinejadın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.

Qonaqları səmimi salamlayan Prezident İlham ƏLİYEV mübarək Qurban bayramı münasibətilə Prezident Mahmud Əhmədinejadı və İran xalqını təbrik edərək dedi:

- Bu bayram günlərində Azərbaycana səfəriniz xüsusi məna daşıyır. Bu, bir daha onu göstərir ki, Azərbaycan Sizin doğma eviniz, doğma vətəninizdir. Mən çox şadam ki, biz bu gün Sizinlə çox geniş fikir mübadiləsi apardıq, gündəliyimizin, demək olar ki, bütün məsələlərini əhatə etdik. Bir daha gördük və əmin olduq ki, İran ilə Azərbaycan arasındakı münasibətlər dostluq, qardaşlıq zəminində sürətlə inkişaf edir. Biz bütün sahələrdə yaxşı nəticələri görürük, siyasi əlaqələrimiz güclənir. İqtisadi, enerji, nəqliyyat sahələrində işlər yaxşı gedir. Yəni, bizim üçün vacib olan bütün sahələr diqqət mərkəzindədir.

Prezident İlham Əliyev İran Prezidentinin Azərbaycana rəsmi səfərinin yaxşı nəticələri olacağını vurğulayaraq bildirdi: - Səfəriniz ikitərəfli əlaqələrə yeni güclü təkan verəcəkdir. Həmişə olduğu kimi, bundan sonra da İran ilə Azərbaycan arasında münasibətlər sürətlə inkişaf edəcək və iki qardaş xalqa uğurlar, xoşbəxtlik gətirəcəkdir.

X X X

Mübarək Qurban bayramı münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edən İran Prezidenti Mahmud ƏHMƏDİNEJAD belə xoş bir gündə Azərbaycana səfər etdiyindən məmnunluğunu ifadə edərək dedi: - Aramızdakı münasibətlər qardaşlıq münasibətləridir. Öz evimizdə, qardaşlarımızın yanındayıq. Əminəm ki, İrana səfəriniz zamanı Siz də həmin hissləri keçirirsiniz. Biz iki dost və iki qardaş ölkəyik. Necə ki, Siz qeyd etdiniz, münasibətlərimiz çox səmimi münasibətlərdir.

Əlaqələrimizin inkişafına heç bir maneə yoxdur. Çox səmərəli danışıqlar keçirdik, bütün müştərək mövzular barədə müzakirələr apardıq. 

İran Prezidenti ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayaraq bildirdi: - İkitərəfli əlaqələr mövzusu müştərəkdir. Regional və beynəlxalq münasibətlərdə də müştərəkik. İran xalqını müdafiə etdiyiniz şücaətli mövqeyinizə görə təşəkkür edirəm. Biz həmişə bir-birimizin yanındayıq və beynəlxalq təşkilatlarda, dünya birliyində bir-birimizin hüququnu qətiyyətlə müdafiə edəcəyik. 

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 05 dekabr 2025
16:42
“Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma Qaydaları”nın təsdiqi və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1194-VIQD...

05 dekabr 2025, 16:42
SƏNƏDLƏR Müraciətlər 05 dekabr 2025
09:28
“Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına

Hörmətli konfrans iştirakçıları!

Sizi “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusuna həsr olunmuş III...

05 dekabr 2025, 09:28
SƏNƏDLƏR Sərəncamlar 04 dekabr 2025
15:21
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası...

04 dekabr 2025, 15:21